Əsas Səhifə > Güney Press / Manşet > BƏYLƏR ƏYYUBOV QARŞIDURMADAN GERİ ÇƏKİLİR
BƏYLƏR ƏYYUBOV QARŞIDURMADAN GERİ ÇƏKİLİR7-01-2013, 15:48 |
![]() DİA.AZ: - Hakimiyyət daxilindəki daha bir münaqişə ocağında yeniliklər baş verməkdədir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, uzun müddətdən bəridir ki, konfliktdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla onun müavini, həmçinin prezidentin şəxsi mühafizə idarəsinin rəisi Bəylər Əyyubov arasındakı münasibətlərdə birinci mövqe üstünlüyü əldə edib. Nazirlər Kabinetindəki qaynağımızın iddia etdiklərinə görə, əslində mövqe baxımından Prezident Administrasiyasına yaxın şəxs hesab olunan Vaqif Axundovun son günlər PA şefinin zəifləməsi fonunda komandası ilə birgə məğlubiyyətə uğrayacağı proqnozlaşdırılsa da, XDMX şefinin zamanında В«batan gəminiВ» tərk etməyə müvəffəq olduğu söylənilir. Mənbəmizin iddia etdikləri: В«Vaqif Axundov artıq özünü prezidentin yeni komandasının heyətinə daxil etdirməyə müvəffəq olub. Yeni qüvvələrlə isti münasibətlər qurmağı bacaran XDMX şefi həmçinin illərdir rəqabətdə olduğu Bəylər Əyyubovun da geri çəkilməsinə nail olubВ». Gələn məlumatlara görə, Bəylər Əyyubovun şəxsinə gəlincə isə onun hətta yaxın günlərdə istefaya göndərilməsi, onun yeni bir şəxslə əvəz olunması da gözlənilir. Qeyd edək ki, mərhum prezident Heydər Əliyevə sədaqətli şəxs kimi tanınan general Bəylər Əyyubov zaman-zaman hakimiyyətiçi qovğaların da episentrində dayanıb. Geri qayıt |