Əsas Səhifə > Siyasət, Manşet > İLHAM RƏHİMLİ AZƏRBAYCANDAN QOVULA BİLƏR

İLHAM RƏHİMLİ AZƏRBAYCANDAN QOVULA BİLƏR


7-01-2013, 08:28
İLHAM RƏHİMLİ AZƏRBAYCANDAN QOVULA BİLƏR
KREMLİN TANINMIŞ İŞ ADAMI İLƏ BAĞLI PLANLARI RƏSMİ BAKIYA MƏLUMDUR

DİA.AZ: - Bir müddət əvvəl Prezident Administrasiyası postuna gətiriləcəyi haqda söz-söhbətlər yayılan tanınmış iş adamı İlham Rəhimli rəsmi Bakının qəzəb hədəfinə çevrilib. Bu barədə hökumət içindəki qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Rusiyanın prezidenti Vladimir Putinin dostu kimi tanınan və bu yaxınlarda YAP-çı deputat Rəbiyyət Aslanova ilə ailə həyatı quran İlham Rəhimlinin evliliyinin də əslində «siyasi izdivac» olması barədə deyilənlər həqiqət payı qazanmağa başlayıb.

Onu da bildirək ki, İlham Rəhimli ilə bağlı planlar barədə hələ xeyli əvvəldən oxucularımızı məlumatlandırmışdıq və bildirmişdik ki, tanınmış iş adamının siyasətə gəlişi həm də rəsmi Moskvanın marağıdır. Və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqelərinin zəiflədiyi, təhlükə altında olduğu bir şəraitdə İlham Rəhimlinin boşalacaq posta ən şanslı namizəd etmək Kremlin bir nömrəli planlarından biri kimi qəbul olunmaqdadır.

Amma bu gün həm Mehdiyevi zərərsizləşdirmə yönündə fəaliyyətdə olan və həm də Rusiyanın alternativ planlarını da dəf etməyə çalışan qüvvələr İlham Rəhimli alternativliyini də darmadağın etməyə müvəffəq oldular. Və elə bir şərait yetişdi ki, İlham Rəhimli hətta Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq rıçağı kimi düşündüyü Rusiya Azərbaycan Təşkilatları İttifaqına nə qoşula bildi, nə də bu təşkilatla bağlı danışa bildi. Çünki hər iki halda tanınmış iş adamı özünün siyasii ambisiyalarını təhlükə altına atmış olacaqdı.

Mötəbər mənbə DİA.AZ-a bildirir ki, məhz buk imi gerçəkliklərin fonunda rəsmi Bakı tərəfindən İlham Rəhimliyə qadağalar tətbiq oluna bilər: «Artıq İlham Rəhimlinin gizli oyunlarda əsas fiqur olduğu «yuxarılar» üçün tam olaraq müəyyən olunub. Və məhz bu səbəbdən hətta onun Bakıdan qovulması ideyası belə gündəmə gətirilə bilər».

Vəziyyətin məhz bu dərəcədə gərgin olduğunu bildirən məlumatlı mənbə onu da əlavə etdi ki, hələlik İlham Rəhimli rəsmi Bakını hər hansı oyunda olmadığına inandırmağa çalışır: «Doğrudur, İlham Rəhimli bu yolla özünün siyasi ambisiyalarını da dondurmuş olur. Amma rəsmi Bakı tanınmış iş adamını hədəfə alması ilə Kremlə münasibətlərin yenidən gərgin nöqtəyə gətirilməsilə müşaiyət olunacaq».

Geri qayıt