Əsas Səhifə > Gündəm, Manşet > GİZLİ ŞƏBƏKƏ BAKIDA YENİ QUMARXANA AÇIR
GİZLİ ŞƏBƏKƏ BAKIDA YENİ QUMARXANA AÇIR7-01-2013, 08:15 |
MƏMURLAR ÖZ VAXTLARINI KEÇİRMƏYƏ, PULLARINI UDUZMAĞA YER TAPIR DİA.AZ: - Yaxın günlərdə Azərbaycanda qeyri-leqal fəaliyyət göstərəcək böyük bir kazino şəbəkəsinin açılışına ciddi hazırlıq aparılır və artıq müvafiq məkanlarda dizayn işləri tamamlanmaqdadır. Bu haqda Azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının ötən il bu fəaliyyətin qarşısını almağa nail olmasına baxmayaraq, bəzi işbazlar külli miqdarda qazanc gətirən bu sahənin Azərbaycanda, xüsusən də paytaxt Bakıda yenidən dirçəldilməsinə can atırlar. DİA.AZ bildirir ki, bir müddət əvvəl, azpolitika.info-da qanunsuz futbol qumarının təşkili ilə bağlı gedən yazılardan sonra hüquq-mühafizə orqanları müəyyən reydlər təşkil edərək, məşhur futbol qumarxana şəbəkəsi kimi tanınan “Zenit-Bet”in fəaliyyətinə, demək olar ki, son qoymuşdular. Eləcə də, bizə çatan məlumata görə, 7-8 ay əvvəl, qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olan Rüfət adlı azərbaycanlı gürcü əsilli Ukrayna vətəndaşı Xvitça adlı şəxslə birgə Azərbaycanda kazino şəbəkəsi yaradıbmış və hətta bu məqsədlə Ukraynadan kazino işində xüsusi hazırlığı olan 20 nəfərə yaxın qızı da Azərbaycana gətiriblərmiş. Bu şəbəkə gizli məkanlarda “elit” müştəriləri üçün “Amerikan pokeri”, “Texas pokeri”, “Rus ruletkası” oyunları təşkil edirmiş. Ancaq hüquq-mühafizə orqanları bu faktı aşkarladıqdan sonra şəbəkənin fəaliyyətinə son qoyulub. Şəbəkə özü isə tam qapalı fəaliyyətə keçərək, fəaliyyətlərini əsasən yeni tikilən binalarda kirayələdikləri gizli mənzillərdə (məsələn, “Tri korona” kimi tanınan, 8-ci mikrorayondakı “Lukoyl” yanacaqdoldurma məntəqəsinin arxasındakı və Nərimanov prospektindəki binalarda) davam etdiriblər. Bizdə bu mənzillərdə qumar oynayan vəzifəli şəxslərin və iş adamlarının kimlikləri ilə bağlı da məlumatlar var. İndi belə görünür ki, Azərbaycanda götürülən qazancın fantastik miqdarını və burada xüsusən vəzifəli şəxslərin qumar oyunlarına hədsiz meylini nəzərə alan işbazlar yenidən ölkəmizdə fəaliyyətlərini iri miqyasda canlandırmaq qərarına gəliblər. Azpolitika.info-ya daxil olmuş məlumatda bildirilir ki, Yeni İl ərəfəsində gürcü Xvitça yenidən Bakıda peyda olub və keçmiş ortağı Rüfət vasitəsi ilə kazino işinin yenidən canlandırılması üçün külli miqdarda ödəniş şərti ilə müəyyən vəzifəli şəxslərlə danışıqlara başlayıb. Deyilənə görə, Azərbaycanda məmurlara asan çıxış imkanı olan Rüfət uzun illərdir ki, “qara bazar”da futbol-mərc oyunlarının təşkili işinə baxır. Onun Bakı şəhərinin müxtəlif yerlərində bu sahə üzrə ixtisaslaşan kontorlarının indi də qeyri-leqal, xüsusən də gün ərzində qapısı bağlı saxlanan obyektlərdə fəaliyyət göstərdiyi söylənir. Bizə verilən məlumata görə, Rüfətin vasitəçiliyi ilə gürcü Xvitça artıq Bakıda və bölgələrdə bəzi obyektlərdə olub. Yaxın vaxtlarda həmin məkanlarda avadanlıqların quraşdırılmasına və dizayn işlərinin aparılmasına başlanılacaq. Deyilənə görə, qumarxana avadanlıqlarının gətirilməsi və xüsusi dizayn işlərinin qurulması ilə məşğul olan Mamuko adlı məşhur gürcü də artıq bu məqsədlə Bakıya dəvət olunub. Hazırda hər iki şəxsin “Həyat-Recensi” otelində yerləşdirildiyi iddia olunur. O da bildirilir ki, Rüfət və Xvitçanın da daxil olduğu bu şəbəkə MDB-də və bir çox ölkələrdə kazino fəaliyyətinin qurulması işini ən yaxşı həyata keçirən şəbəkə sayılır, başında isə Ukraynada yaşayan Eduard adlı yəhudi iş adamı durur. Məlumat üçün bildirək ki, keçmiş prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycanda qumar oyunlarının təşkili qanunla qadağan olunub. Mövzu diqqətimizdədir. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |