Əsas Səhifə > Partiya > 20 NOYABR MİTİNQİ OLMAYACAQ
20 NOYABR MİTİNQİ OLMAYACAQ16-11-2011, 16:17 |
İSLAM PARTİYASINA AKSİYA KEÇİRMƏK İCAZƏSİ VERİLMƏDİ Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının noyabrın 20-nə planlaşdırdığı etiraz aksiyasına icazə verməyib. Partiyanın mətbuat xidmətin rəhbəri Cavid Cabbarlı “Media forum” saytına açıqlamasında deyib ki, mitinq üçün “Ulduz” metro stansiyasının çıxışı və ya “Təbriz” kinoteatrının qarşısı istənmişdi. Meriyadan partiyaya daxil olan cavab məktubunda həmin ərazilərdə aksiyanın təhlükəsizliyini təmin etməyin mümkün olmadığı bildirilib. Cavid Cabbarlının sözlərinə görə, mitinqi həbs olunan islamçıların azadlığa buraxılması, “Qarabağa azadlıq”, söz azadlığına basqılara son qoymaq şüarları ilə keçirmək nəzərdə tutulurdu. Geri qayıt |