Əsas Səhifə > Gündəm, Manşet > İSA QƏMBƏRİN ADINDAN VİRUS DOLU MƏKTUB - FOTO
İSA QƏMBƏRİN ADINDAN VİRUS DOLU MƏKTUB - FOTO5-01-2013, 14:33 |
«TVİTTER» SOSİAL ŞƏBƏKƏSİNDƏ MÜSAVAT BAŞQANININ ADINDAN TƏXRİBAT DİA.AZ: - Zaman-zaman ayrı-ayrı siyasət adamlarının cib telefonlarından, internet ünvanlarından, e-mail adreslərindən istifadə olunaraq müxtəlif təxribatlara imza atılıb. İndi də Müsavat Partiyasının başqanı İsa Qəmbər belə bir təxribatla üz-üzədir. DİA.AZ bildirir ki, ayrı-ayrı «Tvitter» sosial şəbəkəsinin istifadəçilərinə İsa Qəmbərin adından bu gün bir neçə saat ərzində virus göndərilib. Redaksiyamıza müraciət edən bir müxalifətçi gənc bildirir ki, İsa Qəmbərin adından ona da virus dolu məktub göndərilib və həmin məktubu açdıqdan sonra bilgisayarının işində problemlər yaranıb. Geri qayıt |