Əsas Səhifə > Hadisə > TÜRKMƏNİSTAN VƏTƏNDAŞI BAKIDA YAXALANDI

TÜRKMƏNİSTAN VƏTƏNDAŞI BAKIDA YAXALANDI


5-01-2013, 13:47
TÜRKMƏNİSTAN VƏTƏNDAŞI BAKIDA YAXALANDI
O, EVLƏRDƏN OĞURLUQ EDİRMİŞ

Bayram günləri Bakıda oğurluq etmiş əcnəbi, həmçinin onun azərbaycanlı ortaqları tutulublar.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Hava Nəqliyyatında Polis İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il dekabrın 30-da Həsən Qocayevin evinə girib, onun oğlu Natiqə baş və əlindən dəmir parçası ilə xəsarət yetirib seyfdəki 3 min dollar, 7500 manat pulu və danışıq kartlarını aparmış Türkmənistan vətəndaşı Yusup Allanurov, Bakı şəhər sakinləri İbrahim Abuşev və Tural Quliyev tutulublar.

Geri qayıt