Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV BAYRAM TƏTİLİNƏ ÇIXA BİLMƏYİB

RAMİZ MEHDİYEV BAYRAM TƏTİLİNƏ ÇIXA BİLMƏYİB


5-01-2013, 11:46
RAMİZ MEHDİYEV BAYRAM TƏTİLİNƏ ÇIXA BİLMƏYİB
SON GÜNLƏRİN ƏSAS HƏDƏFİNƏ ÇEVRİLMİŞ PA ŞEFİ NƏ ZAMAN YOLA SALINIR?

DİA.AZ: - Bu bayram günlərində də «Gülərgeyt» işində çox ciddi təlatümlər yaşandı. Əslində adı «mandat bazarlığı»nda hallanan Sevinc Babayevanın Türkiyədə dünyasını dəyişməsi olayları qızışdırmışdı və vəziyyətin gərginlik tonunu azaltmaq istəməyən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev yeni faktları açıqlamaqla, baş verənlərə münasibət bildirməklə hədəfə aldığı qüvvələri daha da çətin durumda buraxdı.

Son açıqlanan faktlar isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə daha ağır ittihamlarla müşaiyət olundu və ortaya daha ciddi dəlillər qoyuldu. DİA.AZ bildirir ki, həmin dəlillər əslində Ramiz Mehdiyevin istefaya göndərilməsi üçün yetərli olsa da, bu yöndə heç bir hərəkətlənmə müşahidə olunmadı.

Bununla bağlı redaksiyamıza danışan mötəbər mənbə bildirir ki, Ramiz Mehdiyevin vəzifəsindən alınmasına tədarük yönündəki proseslər hələ tam başa çatmadığından və illərdir «boz kardinal» sifəti ilə ölkəni az qala idarəedən bir mövqedə dayanan PA şefinin hələ də iqtisadi qüdrətini əlində saxlaması səbəbindən açıqlanan ifşaedici faktların şiddəti belə burada hansısa kardinal dəyişikliyə nədən ola bilmir.

Mənbənin söylədikləri: «Armudu vaxtından tez dərmək mümkün olmadığı kimi, burada da süni müdaxilələr, kimlərinsə tələsməsi heç nəyi dəyişə bilməz. Ramiz Mehdiyev gedəcək - bu, artıq qətiləşmiş bir qərardır. Sadəcə olaraq, Ramiz Mehdiyev məhz dövlət başçısının təyin etdiyi vaxtda gedəcək».

Mənbəmiz onu da bildirdi ki, son olaylar hakim düşərgədə çox ciddi təlatümlərlə müşaiyət olunub: «Təsəvvür edin, bəziləri hətta bayram tətilinə belə çıxa bilməyib. Onların arasında Ramiz Mehdiyev də var».

Geri qayıt