Əsas Səhifə > Hadisə > ÜÇ QIZINI ÖLDÜRMÜŞ ATANIN ŞOK AÇIQLAMASI

ÜÇ QIZINI ÖLDÜRMÜŞ ATANIN ŞOK AÇIQLAMASI


16-11-2011, 14:20
ÜÇ QIZINI ÖLDÜRMÜŞ ATANIN ŞOK AÇIQLAMASI

"ONLARI 100 DƏFƏ KƏSƏRDİM"

"Əməlimə əsla peşman deyiləm. Qızlarımın etdikləri bu rəzalətə görə cəzaları çox ağırdır və onlar da cəzalarını aldılar. Onları 100 dəfə kəsərdim".
Kanadada yaşayan əfqan mühacir bunu deyib. O, üç qızını qətlə yetirib. Qızların günahı isə "mömin müsəlman atanı biabır etmək"di.

Milli.Az xəbər portalı Daily Mail-ə istinadən bildirir ki, Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Məhəmməd Şəfa üç qızını qətlə yetirib.
Ona oğlu Həmid yardım edib.

Məhəmməd və Həmidlə yanaşı, evin xanımı, 41 yaşlı Tuba Yəhya da məsuliyyətə cəlb olunub.

7 övlad atası Məhəmməd Şəfa qızları Zeynəb, Səhər və Hetini öldürməkdə suçlanır.

Polisin verdiyi məlumata görə, 19 yaşıl Zeynəb, 17 yaşlı Səhər və 13 yaşlı Hetinin günahları atalarının "sözünə qulaq asmamaq"dı.

Məhəmməd onları qətlə yetirməklə kifayətlənməyərək, illər əvvəl boşadığı arvadı, 50 yaşlı Rona Əmiri də öldürüb.

"Zeynəb tanımadığım pakistanlı oğlana ərə getdi və bu barədə artıq iş işdən keçəndən sonra xəbər tutdum. Onun evdən qaçmasına bacıları kömək etmişdilər. Qızlarım bundan sonra 100 dəfə dirilib gəlsələr, yenə də onları öldürərəm. Namussuz yaşamaqdansa, namuslu ölmək yaxşıdır", - Məhəmməd Şəfa deyib.

Ailə Niaqara şəlaləsinə səfərdən qayıdarkən maşın qəzaya düşmüş, bacılar su kanalında batmışdılar. Lakin aparılmış istintaq göstərib ki, Məhəmməd Şəfa maşında qızlarını küt alətlə öldürəndən sonra maşını itələyərək kanala salıb.
Sonra isə o, birinci arvadını qətlə yetirib.


Geri qayıt