Əsas Səhifə > Gündəm, Manşet > İRAN AZƏRBAYCANA ƏRAZİ İDDİASI İRƏLİ SÜRDÜ
İRAN AZƏRBAYCANA ƏRAZİ İDDİASI İRƏLİ SÜRDÜ3-01-2013, 13:53 |
FARS-MOLLA REJİMİ NƏ ETDİYİNİN FƏRQİNDƏ BELƏ DEYİL DİA.AZ: - Artıq fars-molla rejiminin Azərbaycana münasibətdə hansı mövqedə dayandığını bilməmək üçün gərək kar və kor olasan. Hətta bu gün «islam» adından öz fars millətçilikləri yolunda istifadə edən «İran» adlanan dövlətin başbilənlərinin bu gün rəsmi görüşlərdə «Azərbaycanla İran qardaş dövlətlərdir» kimi qeyri-real fikirləri tutuquşu kimi təkrarlamaları da heç nəyi dəyişmir. Fakt faktlığında qalır. Azərbaycanın quzeyi müstəqilləşəndən sonra Azərbaycan adlı dövlətin varlığını həzm edə bilmədiyini mola rejimi zaman-zaman nümayiş etdirib və indinin özündə də nümayiş etdirməkdədir. Son günlər isə fars millətçiliyi özünü daha da qabarıq şəkildə hiss etdirir. Və İranın xüsusi xidmət orqanları Azərbaycan əleyhinə bir kampaniyaya başlayıblar. Diqqətçəkəni isə odur ki, farslar da ermənilər kimi tarixi faktları həyasızcasına inkar edərək, Azərbaycan türkünün milli dövlətçilik keçmişini saxtalaşdırmağa çalışırlar. Ən dəhşətli mənzərəyə isə bu günlərdə rast gəlindi. DİA.AZ bildirir ki, İranın «arannyus» saytında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı nümayiş olunan dözümsüzlük kampaniyası çərçivəsində təqdim olunan bir məqalə artıq fars şovinizminin uydurma təbliğatının «təntənəsi» kimi də qəbul oluna bilər. Aşağıdakı məqalədən sizlər də görəcəksiniz ki, eynən erməni hikkəsi ilə üzərimizə gələn fars-molla rejimi hətta Azərbaycan türkünün bütövlük amallarını belə öz təbirincə pərdələməyə çalışır. Beləliklə, «AranNews»da yer alan həmin məqaləni diqqətinizə çatdırırıq, özünüz də görəcəksiniz ki, artıq İran tərəfi rəsmən Azərbaycana, bütünlükdə olaraq Azərbaycan torpaqlarına iddiasını ortaya qoyur: «23 il bundan öncə belə bir gündə Arazın şimal xalqı iki əsr ayrılıqdan sonra özlərinin İrana sevgilərini göstərmək üçün kütləvi surətdə sövet hökumətinin yaratdığı bütün maneələri keçdilər və soyuq bir qış günündə Araz çayını adlayaraq İran torpağına qədəm qoydular. İran xalqı da onları ağuşuna aldı və Arazın şimalında yaşayan həmvətənlərinin kommunist rejiminin caynağından azad olmalarını bayram etdilər. Zülm (və anti-İran) hökumətinin əsaslarının zəifləməsinin və bu hökumətdə müsəlmanların xalq hərəkatlarına şəraitin yaranmasının ardınca 31 dekabr 1989-cu ildə rüsvayedici Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İrandan ayrı qalmış Naxçıvanın minlərlə müsəlman xalqı Arazın sahillərindəki Poldəşt, Culfa və s. bölgələrinə toplaşdılar və "Allahu Əkbər", "La ilahə illəllah", "Yaddan çıxmaq İranımız" şüarları ilə rus sərhədçilərinə etiraz edərək sərhəd maneələrini, tikanlı telləri qırdılar və Naxçıvanın İrana birləşməsini, rüsvayedici Gülüstan və Türkmənçay müqavilələrinin ləğvini istədilər. Yüzlərlə insan rus sərhədçilərinə məhəl qoymadan sərhəd manelərini keçdilər, öz ana vətənlərinə daxil oldlar və İran sərhədçiləri tərəfindən qarşılandılar. Bu böyük hadisə İran və dünya mediası tərəfindən əks etdirildi. Təəccüblü budur ki, bu tarixi hadisədən 3 il sonra Bakı dövləti bu hərəkatı tərif etmək üçün dedilər ki, Naxçıvan xalqı İran Azərbaycanı ilə birləşmək istəyirdilər. Bir müddətdən də sonra yeni yaranmış Bakı dövləti İranın o zamankı dövlət rəsmilərinin sükutundan istifadə edərək 31 dekabrı "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" elan etdi. Bununla da Naxçıvanın müsəlman xalqının qiyamının mahiyyətini tamamilə təhrif etdi və onu qərb dövlətlərinin seperalist məqsədləri uğrunda işə saldı. Hələ də qərb ölkələri və sionist rejim bu təhrifdən faydalanırlar». Geri qayıt |