Əsas Səhifə > Gündəm, Manşet > XƏBƏR SAYTINI BRAZİLİYADAN DAĞITDILAR
XƏBƏR SAYTINI BRAZİLİYADAN DAĞITDILAR2-01-2013, 12:11 |
XƏBƏR PORTALIMIZ OKEANIN O TAYINDAKILARI NİYƏ QƏZƏBLƏNDİRİB? DİA.AZ: - Azərbaycanın internet məkanının təhlükəsizliyi məsələsi hər zaman aktual olub. Son aylarda isə saytlarımızın ayrı-ayrı ünvanlardan haker hücumlarına məruz qalması isə bu problemi ldaha da qabarıq şəkildə hiss etdirməkdədir. Elə «Dünya» İnformasiya Agentliyinin DİA.AZ ünvanı davamlı şəkildə hücumlara məruz qaldığından fəaliyyətimizi aylardır ki, doğru-dürüst qura bilmirik. Bildirək ki, əksər xəbər portalları eyni problemdən əziyyət çəkirlər. Dünən isə daha bir xəbər portalı haker hücumuna məruz qalıb. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, «gundeminfo.az» portalı haker hücumları səbəbindən iki gündür ki, fəaliyyətinə ara verməli olub. Biz də xəbəri dəqiqləşdirmək üçün qeyd olunan ünvana daxil olduq və məlumatımız təsdiqləndi. Maraqlıdır ki, portalın internet adresinin hansısa Braziliya haker komandası tərəfindən dağıdılması barədə də qeyd buraxılmışdı. Hər halda, bir Azərbaycan saytının Braziliya hakerlərində hansı səbəbdən qəzəb yaratması çox ilgincdir… Həmin not belədir: «Hackeado por HighTech Brazil HackTeam No\One - CrazyDuck - Otrasher - L34NDR0» Geri qayıt |