Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN İNDİ DƏ 7 GÜNLÜK TƏTİLƏ NIRX QOYUR

TEHRAN İNDİ DƏ 7 GÜNLÜK TƏTİLƏ NIRX QOYUR


2-01-2013, 11:16
TEHRAN İNDİ DƏ 7 GÜNLÜK TƏTİLƏ NIRX QOYUR
FARS-MOLLA REJİMİNİN MƏTBUATI AŞURA İLƏ MİLADI MÜQAYİSƏ ETDİ

DİA.AZ: - Hər addımda antiAzərbaycan ruhlu addımları ilə diqqətə gələn fars-molla rejimi son günlər dövlətimizə və millətimizə qarşı təbliğatını da gücxləndirib. Bildirək ki, bəzi ekspertlər rəsmi Tehranın Azərbaycana qarşı yeni kampaniyanı sifariş etməsini bu ölkənin rəhbərliyi ilə rəsmi Bakı arasındakı gərginliklə əlaqələndirirlər.

DİA.AZ bildirir ki, İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «arannyus» xəbər portalı isə bu məsələdə əsas rupor kimi diqqətə gəlməkdədir. Belə ki, Azərbaycana islam inqilabının ixracı yönündə əsas təbliğat vasitəsi kimi tanınan «arannyus» portalı hətta Azərbaycanda yeni ilin gəlişilə əlaqədar 7 günlük rəsmi tətilin elan edilməsinə belə bir qulp qoymağa çalışır. Elə təqdim etdiyimiz aşağıdakı məqalədə də bu məqama toxunulub. Beləliklə «AranNews» yer alan həmin məqalə ilə tğanış olun:

«Bu il yeni miladi ilinin daxil olması ərəfəsində Azərbaycanın bütün televiziya kanalları öz rəqs və mahnı proqramlarını artıraraq yeni ili qarşıladılar. Halbuki, bu kanalların hətta azan səsləndirməyə belə icazələri yoxdur. Bu il Aşuranın bazar gününə təsadüf etməsinə baxmayaraq Gəncənin icra başçısı məktəblilərin məktəbə gəlməsi göstərişini verdi ki, onlar əzadarlıq mərasimlərində iştirak edə bilməsin. Amma həmin icra başçısı yeni ildən bir neçə gün qabaq şəhərin bəzədilməsi əmrini verdi. Habelə, bu ölkənin dövlət rəsmilərinin şəxsi fecebook səhifələrində onların yolka ağacının bəzədikləri şəkillər yerləşdirilmidi. Halbuki, yeni miladi ilində yolka ağacının bəzədilməsi xristanlara məxsusdur.

Bütün bunlar insanı bu sualla qarşılaşdırır: Azərbaycan dövləti İslamı bu ölkədən silmək istəyirmi?

Bundan əlavə, Azərbaycan hökuməti kommunistlərin və sovet hökumətinin yadigarı olan və ölkə xalqının mədəniyyətinə tamamilə yad olan yeni miladi ilinin daxil olması münasibətilə 7 gün tətil edir, amma xalqın milli-məzhəbi mədəniyyət və dəyərləri ilə bağlı olan Aşura gününü rəsmi tətil etmək istəmir».

Geri qayıt