Əsas Səhifə > Gündəm, Manşet > SEVİNC BABAYEVANIN MÜƏMMALI ÖLÜMÜ

SEVİNC BABAYEVANIN MÜƏMMALI ÖLÜMÜ


2-01-2013, 10:50
SEVİNC BABAYEVANIN MÜƏMMALI ÖLÜMÜ
MƏRHUMƏNİN OĞLUNUN AÇIQLADIĞI FAKTLARA RƏSMİ REAKSİYA NECƏ OLACAQ?

DİA.AZ: - Məlum olduğu kimi, «mandat bazarlığı»nda əsas şahid kimi adıkeçən Sevinc Babayevanın dünyasını dəyişməsilə əlaqədar ortaya yeni ittihamlar çıxıb. Belə ki, mərhumənin oğlu Ayxan Məmmədov anasının keçmiş millət vəkili Gülər Əhmədova tərəfindən zəhərləndiyini iddia edir.

Onu da bildirək ki, bu məsələ ilə əlaqədar dünən DİA.AZ-a telefon açan Ayxan Məmmədov redaksiyamız tərəfindən yayılmasını istədiyi bir məlumatının olduğunu bildirdi. Biz isə artıq iş saatının olmadığını, amma məlumatını gözlədiyimizi bildirdik. Və az sonra artıq başqa xəbər portallarında bu məlumat yayıldı.

Həmin məlumatlardan aydın olur ki, Ayxan Məmmədov anasının ölümünün sui-qəsd olduğunu iddia etməklə yanaşı, həm də Sevinc Babayevanın ölkədən çıxarılmasında hakimiyyətin müəyyən qüvvələrinin iştirakının olduğunu bildirir. Eyni zamanda ünvanına səslənən ittihamlara cavab verərkən Gülər Əhmədova da ilginc bir faktı açıqlayır və bildirir ki, Sevinc Babayevanın ölkədən çıxarılmasından hüquq-mühafizə orqanları məlumatlı olub.

Bütün bunlar isə çox ciddi faktlardır və ən azından araşdırılmalı, lazımi hüquqi qiyməti verilməlidir. Çünki dünənə qədər Sevinc Babayevanın harada olması haqda rəsmi dairələrimizdə məlumatın olmadığı iddia edilirdi və hətta ölümündən bir neçə gün əvvəl Sevinc Babayeva interpol araçılığı ilə beynəlxalq axtarışa da verilmişdi. İndi isə aydın olur ki, əslində Sevinc Babayevanın beynəlxalq güclər hesabına axtarışına ehtiyac yox imiş.
SEVİNC BABAYEVANIN MÜƏMMALI ÖLÜMÜ
SEVİNC BABAYEVANIN MÜƏMMALI ÖLÜMÜ

Qeyd edək ki, Ayxan Məmmədov səsləndirdiyi çox ciddi ittişamlarında 3 vərəqlik məktubdan da danışır və bildirir ki, anasını Türkiyəyə Gülər Əhmədova göndərib və onun Azərbaycana gəlişini də əngəlləyib.

DİA.AZ-a hökumət içindəki qaynaqlardan daxil olan informasiyalarda qeyd olunur ki, Sevinc Babayevanın işi ilə bağlı hüquqi araşdırmaların hansı sonuca varacağı indidən düyünə düşürmüş kimidir: «Çünki burada hakimiyyətiçi münasibətlərin təsiri əlahiddədir. Yəni rəsmi mövqenin necə olacağı hakim düşərgədə kimin sözünün ötkəm olmasından birbaşa asılıdır. Odur ki, gedişatı gözləmək ən doğrusudur».

Onu da qeyd edək ki, Sevinc Babayevanın oğlu anasının qətlinin açılması üçün sona qədər mübarizə aparacağını da bəyan edib və bildirib ki, qarşısına kimin çıxacağı heç nəyi dəyişmir.

Geri qayıt