Əsas Səhifə > Ölkə, Manşet > MÜXALİFƏTƏ QARŞI CAVİD QURBANOV PLANI

MÜXALİFƏTƏ QARŞI CAVİD QURBANOV PLANI


1-01-2013, 13:59
MÜXALİFƏTƏ QARŞI CAVİD QURBANOV PLANI
ÖZÜNÜ QORUMAĞA ÇALIŞAN ASC ŞEFİ NƏLƏRƏ QADİRDİR?

DİA.AZ: - Son günlər adı bir çox qalmaqallarda hallanan «Azəryolservis» ASC-nin prezidenti, deputat Cavid Qurbanovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə qeyd olunur ki, Cavid Qurbanov deyəsən, ətrafında gedən oyunların gərginliyini fərqli bir üsulla dəf etmə fikrinə düşüb.

Hökumət içindəki qaynağın iddia etdikləri: «Cavid Qurbanovun hazırki müxalifətlə hər zaman isti münasibətləri olub. Hər halda, iqtidar düşərgəsində belə «Elçibəyin kadrı» kimi tanınan Cavid Qurbanovun belə bir əlaqələrinin olması kimsə üçün təəccüblü deyil və indi də ASC prezidenti bu əlaqələrindən yararlanmaq barədə düşünür».

Mənbəmiz bildirir ki, bu vaxta qədər bəzi müxalifətçi dostlarına maddi yardımlar edən Cavid Qurbanov bu yöndəki fəaliyyətini konkret plana da salmağı məqsəd edib: «Artıq Cavid Qurbanov tərəfindən dünənə qədər hər ay 3000 manat yardım alan müxaliftçilərdən birinə konkret tapşırıq verilib və tanınmış müxalifət siması olan həmin şəxsin üzərinə bir ay üçün 10 min manat pulun ayrılması şərtilə Cavid Qurbanov tərəfindən siyasi öhdəlik də qoyulub».

Mənbəmiz iddia edir ki, ASC prezidenti «bəslədiyi» müxalifətçiyə prezident seçkiləri öncəsi sözügedən düşərgənin iki nüfuzlu lideri olan AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin birliyini hər türlü yollarla önləmək tapşırığını verib: «Hər halda, bu iş Cavid Qurbanovun özfəaliyyəti kimi də dəyərləndirilə bilər. Çünki iqtidar düşərgəsində belə bir məqsəd üçün tamam fərqli şəxslərin təlimatlandırılması xəbəri mövcuddur».

Geri qayıt