Əsas Səhifə > Siyasət, Manşet > BU DƏFƏ TƏLƏBƏLƏR RÜŞXƏTXOR MÜƏLLİMLƏRİ ÇƏKİB

BU DƏFƏ TƏLƏBƏLƏR RÜŞXƏTXOR MÜƏLLİMLƏRİ ÇƏKİB


1-01-2013, 12:29
BU DƏFƏ TƏLƏBƏLƏR RÜŞXƏTXOR MÜƏLLİMLƏRİ ÇƏKİB
MÜƏLLİMLƏR 1 SAYLI BAZA TİBB KOLLECİNDƏ ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR

DİA.AZ: - Misir Mərdanovun başında dayandığı təhsil sisteminə aid daha bir təhsil müəssisəsində özbaşınalıqdır. Bu, DİA.AZ-a daxil olan həyəcan dolu müraciətdən də anlaşılır. Redaksiyamıza Səhiyyə Nazirliyinin 1 saylı Baza Tibb Kollecində özbaşınalıqlar və rüşvət halları ilə bağlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, 29 dekabr 2012 ci tarixdə 10:00 radələrində keçirilən imtahanlarda tələbələrin 80 fazi aşağı nəticə göstərərək imatandan kəsilib. Bu da kollecdə təhsilin hansı səviyyədə olduğundan xəbər verir. Tələbələrdən kəsirlərini düzəltmək üçün hər imtahana 70 AZN məbləğində pul edilib. Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə hətta tələbələrə göstəriş verilib ki, 2 saat ərzində pulu çatdırmasalar, kollecdən xaric olunacaqlar. Maraqlıdır ki, təhsil sistemində imtahandan kəsilən tələbəyə yenidən 3 şans verildiyi halda hansı qanunla kollec rəhbərliyi və şöbə müdirləri tələbələrə belə zor tətbiq edirlər.

Mənbənin dediklərinə görə məsələ ilə bağlı valideyinlər rüşvət faktını videolentə alıblar. Əgər bu hallara qarşı Kollec rəhbərliyi tədbir görməsə, videonu internete yayacaqlar və aidiyyatı qrumlara müraciət edəcəklər.

Geri qayıt