Əsas Səhifə > Cəmiyyət, Manşet > DƏHŞƏT: QAZAXIN İCRA BAŞÇISINDAN BİABIRÇI ADDIM

DƏHŞƏT: QAZAXIN İCRA BAŞÇISINDAN BİABIRÇI ADDIM


26-12-2012, 17:35
DƏHŞƏT: QAZAXIN İCRA BAŞÇISINDAN BİABIRÇI ADDIM
YAŞLI QADINI TƏHQİR EDƏN BAŞÇIYA QARŞI ÜSYAN

DİA.AZ: - Daha bir rayonda Quba hadisələri təkrarlana bilər. Artıq bu yöndə iş gedir. Bu barədə DİA.AZ-a daxil olan informasiyaların birində vurğulanır ki, Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov yerli sakinləri çilədən çıxaran addımı atdığından belə bir olay baş verə bilər.

Mənbənin söylədikləri: «Bu günlərdə icra hakimiyyətinin başçısına şikayət üçün yaxınlaşan rayon sakinlərindən biri olan 76 yaşlı qadın Ayaz Əsgərov tərəfindən təhqir olunub. Bundan sonra həmin qadının yaxınları icra hakimiyyətinə yürüş ediblər və bu zaman İH-nin binasını qoruyan polis təhqir olunmuş qadının qohumlarını ərazidən zorla uzaqlaşdırıb. Amma məsələ bununla yekunlaşmayıb».

Mənbəmiz bildirir ki, sürətlə rayon sakinləri arasında bu söhbət yaılıb: «İndi camaat başçının üzr istəməsini tələb edir. Artıq bununla bağlı bir neçə ağsaqqalın Ayaz Əsgərova müraciəti də hazırlanır. Əgər başçı geri çəkilməsə, o zaman Qazax Qubadan da betər hadisələrin mərkəzinə çevriləcək».

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. Bizi izləməkdə davam edin. Mövzu diqqətimizdədir.

Geri qayıt