Əsas Səhifə > Ölkə, Manşet > PA ŞEFİNİN QƏZETLƏRİ ÜÇÜN QARA TARİX

PA ŞEFİNİN QƏZETLƏRİ ÜÇÜN QARA TARİX


26-12-2012, 16:16
PA ŞEFİNİN QƏZETLƏRİ ÜÇÜN QARA TARİX
1 YANVARDAN ETİBARƏN MALİYYƏLƏŞMƏ DURDURULUR

DİA.AZ: - Bir neçə gündür ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın mətbuatın böhran keçirməsi barədə xəbərlər yayılmaqdadır. Bununla bağlı DİA.AZ-a çox maraqlı informasiyalar daxil olub.

Mötəbər mənbənin redaksiyamıza verdiyi informasiyada qeyd olunur ki, gələn ilin yanvar ayından etibarən PA şefinə yaxın bütün mətbu orqanların fəaliyyəti dayandırılacaq: «Bu vaxta qədər həmin qəzetlər təlimatı Prezident Administrasiyası adından PA-nın şöbə müdiri Əli Həsənovdan alsalar da, müxtəlif qaynaqlar hesabına maliyyələşiblər və həmin qaynaqların əksəriyyəti Ramiz Mehdiyevə əks-qütbdə dayanan məmurlara aid olub. İndi isə sözügeldən KİV-lərin fəaliyyətinin dayandırılması qərarı verildiyindən, ilkin adddım kimi maliyyə qaynaqları durdurulur».

Mənbəmiz iddia edir ki, hətta bu əsnada bir neçə nüfuzlu ənənəvi qəzetlər də zərər görəcək: «Təbii ki, bu zaman işsiz jurnalistlərin sayı da artacaq. Amma buna baxmayaraq, Mehdiyevə aid media imperiyasının çökdürülməsi qərarı qəti olduğundan, geri çəkilmə mümkün deyil».

Geri qayıt