Əsas Səhifə > Siyasət, Manşet > APELLYASİYA MƏHKƏMƏSİ SƏDRİNİN “ƏDALƏT BİZNESİ”

APELLYASİYA MƏHKƏMƏSİ SƏDRİNİN “ƏDALƏT BİZNESİ”


26-12-2012, 13:50
APELLYASİYA MƏHKƏMƏSİ SƏDRİNİN “ƏDALƏT BİZNESİ”
İMAN NAĞIYEVLƏ BAĞLI ŞOK FAKTLAR: MƏHKƏMƏ QANUNLARI NECƏ POZUR

DİA.AZ: - Bir qədər öncə xəbər vermişdik ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədri İman Nağıyev tabeliyində olan 46 hakimi tutduğu vəzifənin imkanlarından sui-istifadə etməklə, təzyiq altında saxlayır. Bundan əlavə məlumatlarda qeyd edilirdi ki, məhkəmə hakimlərindən heç biri onun tapşırığını geri çevirmək cəsarətində deyillər. Sədr istənilən iş üzrə hansı tapşırığı verirsə, 46 hakimin hər biri də həmin tapşırıq üzrə qərar çıxarırlar. Hətta qanunsuz qərarlarının Ali Məhkəmədə ləğv olunma ehtimalını nəzərə alan həmin hakimlər və şəxsən sədr İman Nağıyev yuxarı instansiya məhkəməsi ilə də anlaşa bilib. Nəticədə isə Ali Məhkəmə də saxta və əsassız qərarları qüvvədə saxlamaqla, Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərin sayını çoxaltmış olurlar.

Qeyd etdiyimiz kimi İman Nağıyevin qanunsuz hərəkətləri və məhkəmə işləri üzrə kimlərdən nə qədər rüşvət aldığı barədə xəbər verəcəyimizi bildirmişdik. Bunlardan biri də hal hazırda iş üzrə Ali Məhkəmədə kasasiya şikayəti verilimiş “Azərkimiya” Dövlət Şirkəti ilə bağlıdır. Bu barədə verilən xəbərdə bildirilir ki, bir neçə ofşor şirkətin rəhbəri Məmmədov Elçin İbrahim oğlu “Azərkimiya” Dövlət Şirkətinin əvvəlki rəhbərliyi ilə cinayət əlaqəsinə girərək “Gilkes”, “Emerald”, “Cohtolin” və bu kimi digər ofşor şirkətlərlə saxta sənədlər tərtib edərək Azərbaycan Respublikasından dəyəri 100 milyonlarla ölçülən strateji məhsulları ölkədən qeyri-qanuni yolla çıxardıb. Bura neft-qaz məhsulları daxildir.

Məlumata görə, sözügedən qeyri-qanuni biznesdən əldə olunmuş milyonlarla gəlir Elçin Məmmədovun və “Azərkimiya” Dövlət Şirkətinin keçmiş rəhbərliyinin xarici ölkələrdə adlarına olan ofşor zonalardakı digər şirkətlərin hesabına həmin vəsaitlər daxil olub. Məsələ ilə bağlı dəfələrlə Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edilsə də, bir nəticə olmayıb.

Lakin iş Bakı Apellyasiya Məhkəməsinə gedib çıxdıqdan sonra vəziyyət tamamilə fərqli istiqamətdə dəyişib. Məlumatda deyilir ki, Elçin Məmmədov cinayət əməllərini ört-basdır etmək üçün İman Nağıyevlə anlaşıb. Bu anlaşmanın müqabilində isə Bakı Apellyasiya Məhkəməsinin sədrinə 300 min dollar rüşvət verib. İman Nağıyev isə işi Elçin Məmmədovun xeyrinə həll edilib. Lakin buna baxmayarqa Ali Məhkəmə İman Nağıyevin şifarişli qərarını ləğv edib. Bundan sonra sözü gedən şirkətin rəhbərliyi İman Nağıyevə verdiyi 300 min dolları geri tələb edib. Ancaq İman Nağıyev pulu geri qaytara bilməsə də Elçin Məmmədova digər işlərində yardımçı olacağını söz verib.

Vəkilin sözlərinə görə, hal hazırda Elçin Məmmədova himayədarlıq edən İman Nağıyev onun cinayət əməllərinin ört-basdır edilməsi üçün İsveçrədə bağladığı üç milyon dollarlıq borc müqaviləsinin etibarsız sayılması üzrə qətnamənin çıxarılmasına çalışır.

Qeyd edək ki, İman Nağıyevlə bağlı məlumatlar bununla tükənmir. Bakı Apellyasiya Məhkəməsinin sədri barədə redaksiyamıza daha ilginc faktlar yaxın günlərdə təqdim olunacaq. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir. Bizi izləyin...

Geri qayıt