Əsas Səhifə > Gündəm, Manşet > LƏNKƏRANDA 1 MİLYON MANATLIQ ŞOK KORRUPSİYA

LƏNKƏRANDA 1 MİLYON MANATLIQ ŞOK KORRUPSİYA


26-12-2012, 12:45
LƏNKƏRANDA 1 MİLYON MANATLIQ ŞOK KORRUPSİYA
İCRA BAŞÇISI YERLİ MALİYYƏ ŞÖBƏSİNİN MÜDİRİ İLƏ «BÖYÜK İŞ» GÖRÜB

DİA.AZ: - Son zamanlar ayrı-ayrı rayon icra hakimiyyətlərinə ciddi məbləğdə vəsaitlər ayrılır ki, bu da təbii olaraq, bir sıra işbaz məmurların da yeyinti imkanlarını artırmış olur. Bu barədə DİA.AZ-a Lənkərandakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, dövlət başçısının sərəncamı ilə 4 milyon manat pul ayrılan Lənkəran rayonunda da vəziyyət eyni qaydadadır.

Mötəbər mənbənin bildirdiyinə görə, rayon icra başçısı Taleh Qaraşov həmin vəsaitin böyük bir hissəsini yerli maliyyə şöbəsinin müdirinin usta fəaliyyəti nəticəsində şəxsi büdcəsinə ötürə bilib. Mənbənin söylədikləri:

«Onsuz da ayrılan vəsaitin heç də hamısı rayona çatmayıb və böyük miqdarda pul hələ «yuxarıların» süzgəcində ilişib qalıb. Bu da azmış kimi icra başçısı yerli maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq təxminən 1 milyon manata yaxın vəsaiti - 946 min manat pulu mənimsəyib və həmin məbləğin xərclənmə ünvanları ilə bağlı dolaşıq sənədləşdirmə işi həyata keçirilib».

Məlumatı verən qaynaq bildirir ki, artıq bu məsələ o qədər ciddiləşib ki, hətta əlaqədar dövlət qurumlarının da diqqətindən yayınmayıb: «Konkret olaraq maliyyə nazirliyinin ekspertləri baş verən maxinasiyanı təsbit edə biliblər. Və bu məsələnin görməməzliyə vurulması üçün icra başçısı xərcət düşməli olub».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt