Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVİN DƏ «VARİS PLANI» VAR İMİŞ
RAMİZ MEHDİYEVİN DƏ «VARİS PLANI» VAR İMİŞ26-12-2012, 11:55 |
NAXÇIVANLILAR QRUPLAŞMASI PA RƏHBƏRLİYİNƏ KİMİ HAZIRLAYIR? DİA.AZ: - Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yeni müavinlərin təyin edilməsi heç də birmənalı qarşılanmadı. Doğrudur, sonradan bəzi mətbu orqanlarda bu təyinat fərqli formada təqdim olundu və bu zaman ikiləşmə də nəzərdən yayınmadı. Bir qrup iddia etdi ki, əslində yeni təyin olunan müavinlər Ramiz Mehdiyevin köməkçiləridir və əslində vəziyyət heç də dəyişməyib. Başqa bir qrup isə iddia etdi ki, yeni təyin olunan 4 müavindən üçü dünənə qədər konkret olaraq Ramiz Mehdiyevin əleyhinə fəaliyyət göstərdiklərindən və yaxud da PA şefinə qarşı əks cinahda dayandığından baş verənlər birbaşa olaraq «boz kardinal»a qarşı yönəlib. Hər halda, bütün tərəflərin özünəməxsus arqumentləri olsa da, burada kifayət qədər fərqli məqamların olması da nəzərdən yayınmadı. Söhbət ondan gedir ki, PA rəhbərinə yeni müavinlər məhz ona qarşı kəskin hücumların baş qaldırdığı bir zamana təsadüf etdi və bu bir faktdır ki, artıq Ramiz Mehdiyevin zərərsizləşdirilməsi yönündə çox ciddi addımlar atılır ki, bu da ona yeni köməkçilərin yox, yeni problemlərin bəxş edilməsi arqumentini gücləndirmiş olur. Onu da bildirək ki, DİA.AZ redaksiyasına bu təyinatlarla bağlı ilginc bir izahat xarakterli məlumat da ötürülüb. Öüzünü hakimiyyətə yaxın birisi kimi təqdim edən naməlum mənbənin redaksiyamıza yazdıqlarını sizinlə bölüşmək qərarına gəldik: «Mən hakimiyyətdə uzun müddət təmsil olunan birisiyəm və istəyirəm ki, bildiklərimi sizinlə paylaşım. Prezident Adminstrasiyasında son təyinatlardan sonra naxçıvanlılar qruplaşmasında ciddi yerdəyişmələr müşahid olunmaqdadır. Təyinatlardan öncə Ramiz müəllimin ən yaxın adamı Əli Həsənov sayılırdı və demək olar ki, bütün işlər onun vasitəsilə həyata keçirilirdi. Əli Həsənov da öz növbəsində Ramiz Mehdiyevin kölgəsində güc toplamaqla məşğul idi, lakin son təyinatlar bu qruplaşmaya bir çox problemlər yaratdı». Daha sonra Əli Həsənovun iqtidardakı dəstəkverici güclərindən danışan mənbə iddia edir ki, ona yaxın olan fiqurlar arasında Səttar Mehbalıyevin, İbrahimov qardaşlarının və digərlərinin adlarını çəkə bilər: «İndi vəziyyət tamam fərqlidir. Ramiz Mehdiyev çox zəifləyib. Arxalana biləcək çox az adamı var. Müavinləri birbaşa olaraq ona rəqibdir və onlarla yol gedə bilməz. Qalır ancaq Əli Həsənov. Amma ona da etibar edə bilməz. Çünki Əli Həsənovun özü də naxçıvanlılar qruplaşmasının bəzi üzvləri ilə danışıqlar aparır. Və əsas məqsədi Ramiz Mehdiyevə qarşı mübarizə aparan qrupda təmsil olunmaqdır. Amma buna qədər Gənclər və İdman Naziri Azad Rəhimova qarşı kompramatlar toplamaq, onun əleyhinə təbliğat aparmaq barədə tapşırıqlar alıb. Buna paralel olaraq Əli Həsənova yaxın mətbuatda xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə vurulur ki, bu da bəlli bir planın tərkib hissəsidir». Daha sonra Ramiz Mehdiyevinin gedişinin labüdlüyündən danışan mənbəmiz iddia edir ki, onun yerinə ən şanslı namizədlərdən biri elə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur: «Əli Həsənovun bu posta gətirilməsi üçün naxçıvanlılar qruplaşmasının bəzi üzvləri indidən hərəkətə keçiblər. Ona görə də Əli Həsənovun bəzi dairələrlə münasibətlərini ən azından qaydasına salması lazımdır ki, baş verəcək təyinata kimsə mane olmasın. Ramiz Mehdiyev isə kifayət qədər zəiflədiyindən bu proseslərin qarşısını ala bilməz. Sadəcə olaraq, bir yaxın adamı kimi Əli Həsənovun varisliyi üzərində düşünə, baş sındıra bilər». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |