Əsas Səhifə > Hadisə > BAKIDA SƏRXOŞ KİŞİNİN QEYRİ-ADİ ÖLÜMÜ
BAKIDA SƏRXOŞ KİŞİNİN QEYRİ-ADİ ÖLÜMÜ26-12-2012, 11:34 |
SƏRXOŞ KİŞİ KANALİZASİYAYA DÜŞƏRƏK ÖLDÜ Bu gün səhər saatlarında Nəsimi rayonu ərazisində bədbəxt hadisə nəticəsində kişi ölüb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qələbə kinoteatrından Xutor dairəsinə gedən yolda orta yaşlı kişi açıq kanalizasiya quyusuna yıxılıb. Az keçməmiş kişi dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı kişinin sərxoş olduğu məlum olub. Qeyd edək ki, həmin ərazidə təmir-tikinti işləri aparıldığı üçün kanalizasiya quyusunun ağzı açıq olub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |