Əsas Səhifə > Siyasət, Manşet > QƏRB AZƏRBAYCANDA İNQİLABI KİMLƏ EDƏCƏK?

QƏRB AZƏRBAYCANDA İNQİLABI KİMLƏ EDƏCƏK?


26-12-2012, 11:09
QƏRB AZƏRBAYCANDA İNQİLABI KİMLƏ EDƏCƏK?
İSVEÇRƏDƏ FƏALİYYƏT GÖZTƏRƏN TƏŞKİLATLA BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Mərkəzi qərargahı İsveçrənin Bazel şəhərində olan Haqq və Ədalət Assosiasiyası uzun zamandır SOCAR neft şirkətlərinin korrupsiya hallarını araşdırmaqla məşğuldur. DİA.AZ-a bu barədə məlumat verən Avropadalı soydaşlarımızdan birinin sözlərinə görə, bir müddət öncə Bazel Kantonal Bankı təşkilatın bank hesabını bağladı.

Məlumatda deyilir: “Qurumun rəhbəri Qabil Rzayev problemle qarşılaşıb. Həmin problemi müzakirə etmək üçün onun qonağı olduq. Təşkilatın ofisinə daxil olarkən gözə ilk sataşan divardan asılmış Avropa Birliyi, İsverə və Azərbaycanın bayraqları və sadə bir ofislə üzləşdim. Buna baxmayaraq, önəmli olan odur ki, bu ofisdə böyük əhəmiyyətli işlər görülür. Təşkilatın əsas məqsədi Azərbaycanda demokratik dəyişiliklərə nail olmaqdır. Bu təşkilat uzun zamandır Azərbaycanda hakimiyyət tərəfindən insan haqlarının pozulması və rejimin həyata keçirdiyi korrupsiya hallarına qarşı ciddi mübarizə aparır. Həmin təşkilat Azərbaycanda müxalifətin ciddi kəsimi ilə sıx əməkdaşlıq edir. Eyni zamanda , gələn il təşkilat Avropa Birıliyi ilə Azərbaycanda YAP erasından sonrakı dövr üçün beynəlxalq konfransa hazırlaşır.

Xatırlatma: Bazel Kantonal Bank tərəfindən dekabrın 5-də təşkilatın bank hesabının bağlamasına baxmayaraq, onlar fəaliyyətlərinə davam edirlər.

DİA.AZ-a daxil olan məlumatlarda o da bildirilir ki, həmin təşkilatın Azərbaycanda inqilab ssenarisi üzərində işləməsi ilə bağlı da müəyyən fikirlər var. Ki, bu barədə yaxın günlərdə çox ilginc faktları diqqətinizə təqdim edəcəyik.

Geri qayıt