Əsas Səhifə > Siyasət, Manşet > MASALLININ BAŞÇISI “ZİYALI OVU” SEZONU ELAN EDİB

MASALLININ BAŞÇISI “ZİYALI OVU” SEZONU ELAN EDİB


25-12-2012, 11:31
MASALLININ BAŞÇISI “ZİYALI OVU” SEZONU ELAN EDİB
QƏZƏNFƏR AĞAYEVDƏN QURTULDULAR, İNDİ DƏ RAFİL HÜSEYNOVA İLİŞDİLƏR

DİA.AZ: - Uzun müddət Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevin zülmündən şikayətlənən və hətta etiraz aksiyalarına belə əl atan Masallı Ziyalılar Birliyi fəalları indi də yeni başçısı Rafil Hüseynovla yola getmirlər və birlik üzvləri ilə icra başçısı arasında yaranmış konflikt nəhayət onların Bakıya şikayətə gəlmələrinə də nədən olmuşdu.

Bu gün isə DİA.AZ-a birlik adından yeni müraciət ünvanlanıb. Həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“06 dekabr 2012-ci il tarixdə Masallı Ziyalıları və İctimaiyyət nümayəndələrinin 50 nəfərlik üzvü Rayon İcra hakimiyyəti Başçısı Rafil Hüseynovun 8 aylıq fəaliyyəti dövründə rayonda törətdiyi, səriştəsiz, qanunsuz, rayona ayrılan vəsaitlərin mənimsənilməsi, korrupsiya və digər cinayət xarakterli fəaliyyəti ilə əlaqədar ölkə rəhbərliyini məlumatlandırmaq üçün Prezident Adminstrasiyasında olmuşlar. Orada adminstrasiyasının məsul işçiləri ilə görüşdükdən sonra Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirilərək Rafil Hesüynovun rayonda törətdiyi qanunsuz əməlləri barədə ölkə ictimaiyyətinə və öıkə rəhbərliyinə məlumat vermişlər. Rayona qayıtdıqdan sonra rayon ziyalılarına total təzyiqlərə start verilib.

“Rayon ziyalıları nə günah işlədiblər ki, onlar həbs olunmalıdırlar, həbs olunmağa qalsa sabiq və indiki İcra başçısıları Q. Ağayev, R. Hüseynov və onların qanunsuz əməllərini həyata keçirən əl-altıları həbs olunmalıdır” deyə Vidadi Dadaşov cavab verib.

Eyni zamanda Masallı Ziyalıları İctimai-Birliyinin sədr müavini Ramil İbadullayevə Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov və digər rəhbərlər vasitəsi ilə ağsaqqal hacı Teymur Teymurova dolayı yollarla təzyiq və şantaj edilməsi üçün cəhdlər göstərilmişdir.

Masallı Ziyalıları və İctimaiyət Nümayəndələri bir daha bəyan edirlər ki, bizə qarşı aparılan təzyiq, şantaj və həbs etmə cəhdlərinə şəxsən Rafil Hüseynov başçılıq edir. Bu hərəkətlərin bütün məsuliyyəti onun üzərində qalır. Bu metodlarla da bizləri haqq yolumuzdan döndərməyi Allah onlara heç vaxt qismət eləməyəcək. Haqq yolunda olanlara Allah kömək olsun!”..

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt