Əsas Səhifə > Hadisə > ƏSGƏRİMİZİ ÖLÜMCÜL BIÇAQLADILAR

ƏSGƏRİMİZİ ÖLÜMCÜL BIÇAQLADILAR


25-12-2012, 11:06
ƏSGƏRİMİZİ ÖLÜMCÜL BIÇAQLADILAR
CİNAYƏTİ TÖRƏDƏNİN ADI AÇIQLANMIR

Bakının Xətai rayonu ərazisində hərbi qulluqçunun qanı axıdılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Elnur İbrahimov ölümcül vəziyyətdə bıçaqlanıb. Hələlik adı açıqlanmayan şəxs bıçağı əsgərin döş qəfəsinə vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan əsgərin vəziyyəti yaxşı deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri qayıt