Əsas Səhifə > Gündəm, Manşet > SEYİD HƏSƏN AMİLİNİN YENİ HOQQASI

SEYİD HƏSƏN AMİLİNİN YENİ HOQQASI


25-12-2012, 10:54
SEYİD HƏSƏN AMİLİNİN YENİ HOQQASI
FARS-MOLLA REJİMİNİN SADİQ NÖKƏRİ NƏDƏN MİLLƏT DAVASINA ÇIXIB?

DİA.AZ: - Özünün antitürk çıxışları ilə diqqətə gələn türk kökənli Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili indi də yeni qiyafədə millət qarşısına çıxıb. DİA.AZ-ın fars-molla mətbuatına istinadən verdiyi xəbərə görə, fars nökəri kimi ad çıxarmış Seyid Həsən Amili özünün bu peşəsini pərdələmək üçün fəaliyyətə keçib.

«Arannyus» portalında yer alan açıqlamadan da aydın olur ki, guya ki, panfarsistlərə qarşı mübarizə apardığını iddia edən Ərdəbilin imam-cüməsi həm də türklüyə xidmət edirmiş. Hər halda, bu məlumatın Azərbaycan dövləti və Azərbaycan türkləri əleyhinə fəaliyyəti ilə diqqətə gələn bir portalda yerləşdirilməsi də məsələnin nə yerdə olduğunu tam çılpaqlığı ilə ortaya qoyur. Bunun adına ən yaxşı halda Seyid Həsən Amilinin yeni hoqqası demək olar. Həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

«Ərdəbildə panfarsistlərin kimlər olduğunu müəyyənləşdirərək, onlara ən kiçik bir millətçi hərəkət etmələrinə icazə verməmişəm və verməyəcəyəm.

AranNews - Meşkinşər Azad İslam Universitetinin təşəbbüsü ilə keçirilən "Kimliyin Tanınması" Konfransında çıxış edən höccətül-islam vəl-müslimin doktor Seyid Həsən Amili deyib: "Millətçilik mövzusu əgər cəmiyyətin səadət və xoşbəxtliyə çatmasına xidmət etsə, qəbul ediləsidir. Amma siyasi fikirlərə xidmət edərsə, rədd edilir və ləğvdir. Millətçilik mövzusundakı ifrat bu günləri bizim ölkəmizdə millətçiliyin yaranmasına səbəb olub. İranlı tayfalar arasında "əsil irq" kimi mövzular puç xəyallardır. Çünki monqolların İrana hücumu və monqol döyüşçülərinin iranlılara təcavüzü ilə "əsil irq" mövzusu ləğvdir".

Seyid Həsən Amili, konfrans iştirakçılarının birinin "kimlik barədə söz açılanda nə üçün bəzi dövlət məsulları bu mövzuya təhlükəsizlik gözü ilə baxırlar? "-sualının cavabında deyib: "Mən sizin tənqidinizi qəbul edirəm və məsulları bu barədəki fikirlərini islah etməyə çağırıram".

Doktor Amili kimlik mövzusunda əsil ana dilinə işarə edərək vurğulayıb: "Mən, Ümumi Mədəniyyət Şurasının bütün iclaslarında təkid etmişəm ki, məsullar elə proqramlar hazırlasınlar ki, azəri dilinin əsilliyi itməsin. Hətta, mən özüm şəxsən əsil türk mənşəli sözləri toplamağa başlamışam və cənab Laricaninin Ərdəbil əyalətinə səfəri zamanı "Azərbaycan Dili Ocağı"nın təsis edilməsi barədə ona müraciət etmişəm. Dövlət də gərək bütün iranlı millətlərin kimliyinin, o cümlədən yerli və tayfa dillərinin qorunmasına ciddi yanaşsın".

Doktor Amili digər bir iştirakçının "nə üçün panfarsizm İranda digər millətlərin kimliyini itirməyə çalışır?"-sualının cavabında deyib: "Mən, Ərdəbildə panfarsistlərin kimlər olduğunu müəyyənləşdirərək, onlara ən kiçik bir millətçi hərəkət etmələrinə icazə verməmişəm. Həmişə ailələri öz övladları ilə türk dilində danışmağa həvəsləndirmişəm".

"Nə üçün bizim rəsmi dilimiz fars dilidir? Nə üçün türk dili rəsmi dil olmamışdır və məktəblərdə tədris olunmur?"-deyə digər bir iştirakçının sualını cavablandıran Amili deyib: "Bu mövzunun tarixi kökü vardır. Əgər tarixə baxsaq, görərik ki, türk dilli şairlər və hökumətlər, o cümlədən səlcuqilər, səfəvilər, qacarilər bütün yazılarında fars dilinə diqqət ediblər və bütün bunlardan önəmli odur ki, hamımızın təsdiq etdiyi və səs verdiyi ölkəmizin Konstutusiyasıdır. Digər dillərin rəsmi olması əgər səsvermə yolu ilə xalq tərəfindən təsdiq edilərsə, onun rəsmi olması, hətta məktəblərdə tədris olması maneəsizdir. Çünki biz bu islami ölkədə demokratiyaya dəyər veririk".

Sonda doktor Amili deyib: "Təəssübdən çəkinməklə və həmrəylik, vəhdət, ölkə üçün təhlükəsizlik yaratmaqla millətçilik hüquqları barədə qarşıya çıxan bütün problemləri həll etmək olar"».

Geri qayıt