Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV HANSI VƏZİFƏYƏ GÖNDƏRİLİR?
RAMİZ MEHDİYEV HANSI VƏZİFƏYƏ GÖNDƏRİLİR?25-12-2012, 10:29 |
PA ŞEFİNƏ HƏLƏLİK TƏKLİF OLUNAN ƏSAS VƏZİFƏ AMEA RƏHBƏRLİYİDİR DİA.AZ: - Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi və müxbir üzvlərin seçilməsi ilə bağlı müsabiqə vəziyyəti elan edildikdən sonra may ayında qurumun ayrı-ayrı bölmələri üzrə namizədlərin dindirilməsi prosesi olub və onların şəxsi işlərinə baxılıb. AMEA-nın nizamnaməsinə əsasən sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənir. İlin sonuna sayılı günlər qalsa da, həqiqi və müxbir üzvlərin seçilməsi prosesi hələ də ləngiyir. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov mətbuata açıqlamasında bununla bağlı hələ heç bir yeniliyin olmadığını bildirib. O, bunu texniki problemlərlə əlaqələndirib. “Seçimlər olanda bütün ictimaiyyətin xəbəri olacaq. Hələ heç bir yenilik yoxdur. Bunlar Akademiya daxili məsələlərdir, onlar həll olunmalıdır”. Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 nəfər - 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində AMEA-da seçkilərin yubanması heç də göstərilən məqamla - yəni texniki səbəblərlə əlaqədar deyil. Məlumatı verən hökumət içindəki mötəbər mənbə iddia edir ki, hazırda iqtidariçi gərginliyin fonunda bir nömrəli hədəf təsiri bağışlayan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məhz postundan alınmasının ardından AMEA-ya rəhbər göndərilməsi ideyası qüvvədə olduğundan, bu istiqamətdə də «TEXNİKİ SƏBƏBLƏR» ortaya çıxmış olur. Mənbənin söylədikləri: «Əslində Ramiz Mehdiyevin gedişi bu ilin ortalarına planlaşdırılırdı. Lakin PA şefi bununla razılaşmadığından onu məhz indiki kimi yola salmaq zərurəti ortaya çıxdı. O, istənilən halda vəzifə başından məhbəsə getməyəcək. Hər halda, ona indinin özündə də AMEA-nın rəhbərliyi və öz rəhbərliyi altında yeni heyəti formalaşdırma fürsəti tanınır. Amma məlum olduğu kimi, Ramiz Mehdiyev günü -gündən vəziyyəti qəlizləşdirməkdədir. Və ola bilsin ki, planlar da buna görə dəyişsin». «Hər halda, Rusiyanın gücü ilə vəzifə başında qalmağa çalışan Ramiz Mehdiyev nəhayətdə müdafiəsiz qala bilər» açıqlamasını da verən mənbəmiz vurğuladı ki, onun may ayına qədər vaxtı var: «Bundan sonrakı addımlar isə daha çevik, daha sərt və daha radikal olacaq. Bu, bir anın məsələsidir. Və bu zaman həbs qərarları belə gündəmdə ola bilər». Geri qayıt |