Əsas Səhifə > Güney Press / Manşet > NAZİRİMİZ 300 MİN AVROLUQ XALINI KİMƏ ALIB?

NAZİRİMİZ 300 MİN AVROLUQ XALINI KİMƏ ALIB?


24-12-2012, 15:04
NAZİRİMİZ 300 MİN AVROLUQ XALINI KİMƏ ALIB?
DİA.AZ: - Redaksiyamıza nazirlərdən biri ilə bağlı maraqlı bir məlumat daxil olub. Nazirlər Kabinetindəki mənbəmiz ad çəkmədən bildirib ki, bu günlərdə nazirlərimizdən biri qardaş Türkiyədən bahalı alış-veriş edib. Məlumata görə, azərbaycanlı nazir təxminən 300 min avroya İstanbulun bahalı xalı dükanlarının birinə sifariş edib.

Bildirilir ki, həmin bahalı xalını nazirimiz bir başqa məmura hədiyyə etmək üçün alıb. Amma mənbəmiz olayla bağlı geniş bilgi vermədi və yalnız bunları söylədi: В«Bu günlərdə məmurlarımızdan biri nəvəsinə kiçik toy etməyə hazırlaşır və xalı da bu məqsədlə alınıb. Yəni kiçik toyu olan körpəyə hədiyyə olaraqВ».

Hər halda başqalarının pullarını saymaq o qədər də etik məsələ hesab olunmasa da, bir fakt da var ki, bu gün Azərbaycanda nazir ola-ola halal maaşa söykənib nəinki 300 min avroluq hədiyyə almaq mümkün olmamalıdır, hətta 300 min avro xəyal belə edilməməlidir. Amma burası Azərbaycandır və bu Azərbaycan reallığında istənilən bu kimi faktlar hər kəs üçün maraqlıdır.

Onu da bildirək ki, nazirimizin aldığı halı bu gün Azərbaycana gətirilib və onun ipək sapla toxunduğu da gələn məlumatlar içindədir.

Geri qayıt