Əsas Səhifə > Siyasət, Manşet > SALYANDA YERLİ ƏHALİNİN PULU NECƏ MƏNİMSƏNİLİR?

SALYANDA YERLİ ƏHALİNİN PULU NECƏ MƏNİMSƏNİLİR?


24-12-2012, 11:12
SALYANDA YERLİ ƏHALİNİN PULU NECƏ MƏNİMSƏNİLİR?
İCRA BAŞÇISINA YOL TAPA BİLMƏYƏN VƏTƏNDAŞIN BAŞINA AÇILAN OYUNLAR

DİA.AZ: - Salyan rayonu Qaraçala kənd sakini Əhmədova Xalidə Zayidxan qızı redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a ünvanlanan həmin məktubu olduğu kimi diqqətinizə yəqdim edirik:

“Yazıb sizə bildirirəm ki, 2010-cu uldə Kür daşqınları nəticəsində mənim evimi də su basmışdı. Evimiz kərpic evdi, Ata bəndə, yəni Kürün düz qırağına bitişikdir. Bütöv həyət-bacanı sel basmışdı, evin altı suyun içində idi, nəticədə evimiz çoxlu yerdən çatlamış, geniş partlaqlar əmələ gəlmişdir. Uzun müddətdir ki, yazıb Fövqəladə Hallar Nazirliyindən kömək istəyirik.

Salyan rayon İcra hakimi Tahir Kərimov gələndən sonra əhali qəbula da düşə bilmir ki, dərdini desin. Tahir Kərimov icra hakimiyyətinin qabağına əli silahlı polis işçiləri düzüb heç kəsi içəri keçməyə qoymur. O rayonu Bermud üçbucağına çevirib, yaxın düşməli deyil. Xahiş edirik ki, bizim rayona əməlli-başlı, xalqın səsini eşidən icra başçısı göndərilsin.

Kür seli görməyən, selin heç yaxınlaşmadığı evlər yardım pulu alırlar, biz isə verilmir. 2 mərtəbəli evi olan, varlı adamlara verilir, biz kasıblara isə baxan yoxdur. Azərbaycan dövlətinin pulu ancaq Fövqəladə Hallar Nazirliyinin yeyib-dağıtması üçündürsə, açıq deyin, xarici ölkələrə müraciət edək, onlardan yardım istəyək. Kəmaləddin Heydərova deyin ki, xalqı niyə ələ salırsan, niyə Azərbaycana bu qədər zülm edirsən Azərbaycana? Kür dibində həqiqi subasan evlərin heç birinə yardım verməyiblər, pulu kənar ərazidə olan evlərə verirlər. FHN dövləti aldadır, xalqı prezidentdən narazı salır. Onlarla ailə tanıyıram ki, heç birinə bir qəpik də pul verilməyib, get-gəllərdə canımız çıxıb, əsəblərimiz korlanıb. Bizi açıq-aşkar ələ salırlar. Məsələ burasındadır ki, bizə yardım verilməsi sənədlərdə aktlaşdırılıb, amma həmin pulları FHN mənimsəyib. Bizim yanımıza boynu qalstuklu bir dəstə adam gəlmişdi ki, bura qol çək, sənə 40 min manat yardım pulu verilib, evinizi söküb niyə təzədən tikmirsiz? Biz dəhşətə gəldik, bu boyda yalan olarmı? And aman elədik ki, yalandan yazıblar, mənə 1 qəpik də FHN pulu görməmişik. FHN Kür daşqınlarında bizdən istifadə edərək külli-miqdarda yeyintiyə yol verib. Xahiş edirəm ki, mənimsəmə faktını araşdırasınız, bizim evə, ərim Hüseynov Salman Abdul oğlunun adına verilən 40 min manat yardımı kim və necə mənimsəyib?

FHN-in sənədlərində ərim Hüseynov Salman Abdul oğlunun adına 40 min manat yardım oformit olunub. FHN dövlətin həmin pullarını yeyib. Tək mən deyiləm, qonşum Əsgərov Fədailin adına da 10 min manat sənələşdirilib ki, guya ona evini tikməyə pul yardımı edilib. O pulu da yeyiblər. Xahiş edirəm ki, cinayət işinin açılmasında təşəbbüskar olasınız və Azərbaycan dövlətinin bizə ayırdığı bu pulların oğurlanmasını üzə çıxarasınız”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt