Əsas Səhifə > Güney Press / Manşet > GÖZLƏNİLƏN ƏFV FƏRMANINDA ŞOK ADLAR YER ALACAQ
GÖZLƏNİLƏN ƏFV FƏRMANINDA ŞOK ADLAR YER ALACAQ21-12-2012, 15:04 |
![]() DİA.AZ: - Bu gün barələrində hökm çıxarılacaq Quba rayonunda baş verən 1 Mart olaylarının В«təqsirkarlarıВ» əfv oluna bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən məlumat daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Quba məhbusları ilə bağlı qurulan məhkəmə istintaqının yekunlaşdırılması yönündə müşahidə olunan sürətlilik də məhz bununla bağlıdır: В«Artıq belə bir qərar verilib və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə imzalanacaq əfv fərmanında da təsbit olunacaqВ». Onu da bildirək ki, gözlənilən əfv fərmanı ilə keçmiş nazirlər - Fərhad Əliyevlə Əli İnsanovun da azadlığa çıxacaqları haqda xəbərlər yayılıb. Mənbəmiz onu da bildirdi ki, 31 Dekabr münasibətilə həmçinin daha bir neçə tanınmış məhbusun azad ediləcəyi gözlənilir: В«Onların arasında bir neçə dindar və vicdan məhbusunun da adları varВ». Geri qayıt |