Əsas Səhifə > Gündəm, Manşet > «SİYASİ AİLƏ» PROJESİ DAĞILMAQ ÜZƏRƏDİR

«SİYASİ AİLƏ» PROJESİ DAĞILMAQ ÜZƏRƏDİR


21-12-2012, 10:50
«SİYASİ AİLƏ» PROJESİ DAĞILMAQ ÜZƏRƏDİR
RƏBİYYƏT ASLANOVA İLHAM RƏHİMLİDƏN NƏ QƏDƏR NAFAQA TƏLƏB EDİR?

DİA.AZ: - Bir neçə ay əvvəl ailə həyatı quran YAP-çı deputat Rəbiyyət Aslanova ilə tanınmış iş adamı İlham Rəhimlinin münasibətləri tamamən pozulub. Bu ilginc məlumatı redaksiyamıza hökumət içindəki mənbələr ötürüb. Xatırladaq ki, hələ xeyli əvvəldən mətbuatda belə bir informasiyalar yer alsa da, sonradan təkzib olundu. Və hətta bu məsələ barədə yazan KİV-lər rəsmən hədələndi də. İndi isə vəziyyətin tamamən fərqli istiqamətə yön aldığı və yeni evlilərin boşanma qərarında ciddi olduqları bildirilir. Amma ortada problemlər var.

Bu barədə DİA.AZ-a danışan qaynaq iddia edir ki, əslində siyasi evlilik olan bu ittifaqın uzhun sürməyəcəyi ilk günündən aydın idi: «Həmin ərəfədə mətbuatda da yazıldı ki, İlham Rəhimli Prezident Administrasiyasına rəhbər gətirilir. Amma bu plan baş tutmadı. İndi isə Ramiz Mehdieyvin mövqelərinin zəiflədiyi bir şəraitdə belə İlham Rəhimlinin PA rəhbərliyinə gətirilməsi qeyri-mümkün göründüyündən «siyasi ailə»də münasibətlər yenidən gərgin hal alıb».

Mənbəmiz bildirir ki, artıq bir yerdə yaşamayan cütlüklər hətta boşanma barədə müzakirələr də aparıblar: «Boşanmat tələbini İlham Rəhimli qoysa da, Rəbiyyət Aslanova buna razılıq vermir. Daha doğrusu, xanım deputatın şərtləri var». Məlumatlara görə, YAP-çı millət vəkili həyat yoldaşı olan tanınmış iş adamından evli olduqları hər ay üçün 1 milyon manat - bu da təxminən 5 milyon manat edir, İngiltərədə yaşayan qızına London ərazisindən artıq bəyənilmiş 2 milyonluq villa, Rusiyada yaşayan oğluna isə Moskva yaxınlığından böyük həyətyanı sahəsi olan və Brejnevin daçasının yaxınlığından qiyməti 3 milyon dollara yaxın olan villa tələb edir.

Bu isə o deməkdir ki, tanınmış iş adamına Rəbiyyət Aslanova ilə evliliyi ən azından 10 milyon dollara başa gəlir. Amma bu da hamısı deyil və YAP-çı deputatın həyat yoldaşından həm də biznesindən pay da tələb etdiyi söylənilir: «Çünki tərəflər evlənərkən həm də ailə müqaviləsi bağlayıblar və onlar iki ölkədə - həm Rusiyada və həm də Azərbaycanda kəbin kəsdiriblər».

Geri qayıt