Əsas Səhifə > Cəmiyyət > “TƏMİZ DÜNYA” DİN-LƏ ORTAQ TƏDBİR KEÇİRİR

“TƏMİZ DÜNYA” DİN-LƏ ORTAQ TƏDBİR KEÇİRİR


15-11-2011, 15:25
“TƏMİZ DÜNYA” DİN-LƏ ORTAQ TƏDBİR KEÇİRİR

AKSİYA XEYRİYYƏ XARAKTERİ DAŞIYACAQ

İnsan alveri ümumdünya bəla olduğu üçün bütün dünyada bununla bağlı birgə mübarizə aparılır. Eyni zamanda insan alveri qurbanlarının reabilitasiya və reinteqrasiyasına dəstək olmaq üçün silsilə tədbirlər həyata keçirilir. Ölkəmizdə də insan alveri qurbanlarına yardım məqsədi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə aksiyaları təşkil olunur .

“Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyi, Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanlarına Kömək Fondu 17 noyabr saat 17: 00 tarixində La Villa restoranında insan alveri qurbanlarına yardım məqsədi ilə tanınmış kişi sənətçilərin və millət vəkillərinin iştirakı ilə xeyriyyə aksiyası keçirir. Aksiyadan toplanan məbləğ Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanlarına Kömək Fondunun hesabına köçürüləcək. Tədbir mətbuat nümayəndələrinə eyni zamanda iştirak etmək istəyən bütün vətəndaşlara açıqdır. Giriş 10 manatdır.


Geri qayıt