Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: AMERİKA AZƏRBAYCANDA İNQİLAB EDƏCƏK?
ŞOK: AMERİKA AZƏRBAYCANDA İNQİLAB EDƏCƏK?20-12-2012, 12:25 |
"VƏTƏNDAŞ CƏMİYYƏTİ İLƏ İŞLƏMƏYİN VAXTI ÇOXDAN ÇATIB" Dekabrın 19-da Vaşinqtonda “Azərbaycanın Qərb tərəfindən istifadə olunmamış potensialı” mövzusunda forum keçirilib. Amerika Azərbaycanlıları Demokratiya Uğrunda İctimai Birliyinin (AZAD) təşkil etdiyi tədbirdə ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç və Hadson Universitetinin eksperti Devid Satter iştirak ediblər. R.Kozlariç öz çıxışında ABŞ administrasiyasını “regionda real müttəfiq yaradaq münasibətləri möhkəmləndirmək məqsədilə Azərbaycanın vətəndaş cəmiyyəti ilə iş aparmaq üçün əlavə imkanlar axtarmağa çağırıb. Belə yollardan biri müstəqil KİV-in, həmçinin akademik və demokratik institutların dəstəklənməsidir. R.Kozlariçin fikrincə, korrupsiya Azərbaycan üçün ən ciddi təhlükədir. Öz növbəsində D.Satter qeyd edib ki, “öz xalqı tərəfindən devrilməyə məhkum olan korrupsiyalaşmış liderlərə investisiyaların qoyulması ABŞ-ın uzunmüddətli maraqlarına uyğun deyil. ABŞ hakimiyyəti diqqəti ona yönəltməlidir ki, Azərbaycanda, həm də digər post-sovet ölkələrdə hakim ailələr neftdən ölkənin pis idarə olunması üçün istifadə edirlər. “Fərdi düşüncənin və hisslərin kütləvi məhv edilməsi ona gətirib çıxarıb ki, bu gün orada hamı bir nəfərə, sonsuz hərisliyə əsaslanmış bir ailə diktaturasına tabedir”, - Satter qeyd edib. Rejimlərlə yox, vətəndaş cəmiyyətləri ilə işləməyin zamanı gəlib: onlar dəyişir, ölkələr isə qalır”, - ekspert vurğulayıb. O güman edir ki, yaranmış ideoloji vakuum radikal islamla doldurula bilər. “Maqnitski siyahısı” azadlıq hissini və dəyərini təhqir edən rejimə qarşı necə hərəkət etməyə nümunədir”, - o qeyd edib. AZAD sədrinin müavini Qorxmaz Əsgərov deyib ki, Azərbaycanda ədalət mühakiməsi yoxdur, hər şeyə hakim partiya nəzarət edir. Onun fikrincə, nə qədər ki, ölkədə neft var, Qərb Əliyev rejimini dəstəkləyəcək. Geri qayıt |