Əsas Səhifə > Ölkə, Manşet > PKK-YA DƏSTƏK VERƏN ŞİRKƏTLƏR
PKK-YA DƏSTƏK VERƏN ŞİRKƏTLƏR15-11-2011, 14:51 |
AZƏRBAYCANDAN QAZANILAN PULLAR TERRORÇULARA ÖTÜRÜLÜR DİA.AZ: - Azərbaycanda ən iri tikinti şirkətlərindən biri olan «DİA Holdinq»dən sonra daha bir nəhəng şirkətin başının üstünü qara buludlar alıb. Xatırladaq ki, «DİA Holdinq» haqqında artıq qəti olaraq mənfi qərar verilib və prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun himayə etdiyi bu şirkətin Azərbaycanda qalmasına icra etdiyi layihələri yekunlaşdırana qədər vaxt verilib. Hətta «DİA Holdinq»in ölkədən çıxarılması haqda qərar şirkətin Prezident rezidensiyasının yaxınlığında tikdiyi villaların birində toplaşan yüksək rütbəli məmurlar arasında ciddi qarşıdurmaya çevrilib. Belə ki, sözügedən toplantıda Prezident Administrasiyasının (PA) rəhbərliyində təmsil olunan ən yüksək rütbəli məmurlar, Bəylər Əyyubov, AZAL prezidenti Cahangir Əsgərov və.s iştirak ediblər. PA rəhbərliyi və B.Əyyubov birmənalı şəkildə «DİA Holdinq»in Azərbaycandan çıxarılmasına qarşı olduqlarını bildirib. Görüşdə C.Əsgərov isə qeyd edib ki, bu haqda qərar dəyişməzdir, şirkətə hazırda icra etdiyi layihələri başa çatdırana qədər vaxt verilməsindən böyük güzəşt ola bilməz... Əldə etdiyimiz məlumata görə, «DİA Holdinq»dən sonra daha bir nəhəng şirkət - «Azərsun Holdinq» də «qara siyahı»ya düşüb. Onu da diqqətə çatdıraq ki, «DİA Holdinq»in Azərbaycana məhz «Azərsun Holdinq»in prezidenti Abdolbari Gözəlin kiçik qardaşı Həsən Gözəlin vasitəçiliyi ilə gətirildiyi və onun bu şirkətin («DİA Holdinq»in) Azərbaycan üzrə rəhbəri Murad Çeçenlə ortaq olduğu bildirilir. Mətbuatda dəfələrlə «Azərsun Holdinq»in də prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov tərəfindən himayə edildiyi haqda məlumatlar getdiyini nəzərə alsaq, hər iki şirkətə qarşı basqıların heç də təsadüf olmadığı bəllidir. Buradan önə çıxan ilkin ehtimal isə odur ki, «DİA Holdinq» və «Azərsun Holdinq»i bitirməkdə maraqlı olan qüvvələr, bununla həm də Bəylər Əyyubovun «qol-qanad»ını kəsməyi qarşılarına məqsəd qoyublar. Onlar öz məqsədlərinə nə dərəcədə nail olacaqlar, hər halda yaxın zamanlarda bunun şahidi olaçağıq. Bizdə olan məlumata görə, artıq «Azərsun Holdinq»in rəhbərliyi çamadan əhval-ruhiyyəsindədir. Belə ki, bu ayın əvvəlindən etibarən şirkət rəhbərliyi bütün pərakəndə və topdansatış müəssisələri ilə nisyə alış-verişin dayandırılmasına göstəriş verib. Halbuki ötən aya kimi böyük və kiçik olmasından asılı olmayaraq hər bir mağazaya verilən arzaq məhsullarının pulu həmin ayın sonunda, bəzən sonrakı ay yığılırdısa, artıq heç kimə belə bir güzəşt olunmur. Bu faktın özü də onu deməyə əsas verir ki, «Azərsun» rəhbərliyi şirkətin fəaliyyəti ilə bağlı «yuxarı»larda hər an qəfil qərar verilə biləcəyi əndişəsindədir. O ki qaldı «Azərsun Holdinq»in nədən «qara siyahı»ya düşməsinə, mənbə burada «DİA Holdinq»ə olan basqıdan fərqli bir səbəb görmür. «DİA Holdinq»ə təzyiq olunmasına əsas səbəb kimi PKK-ya maliyyə dəstəyi göstərməsi irəli çəkilirsə, hər halda «Azərsun Holdinq»in illər öncədən terror təşkilatı ilə daha sıx bağlı olduğu çoxlarında şübhə doğurmurdu...» - deyə mənbə vurğuladı. Geri qayıt |