Əsas Səhifə > Gündəm, Manşet > BÖYÜK TƏLAŞ VƏ HƏYƏCAN: QİYAM GÖZLƏNİLİR

BÖYÜK TƏLAŞ VƏ HƏYƏCAN: QİYAM GÖZLƏNİLİR


18-12-2012, 11:32
BÖYÜK TƏLAŞ VƏ HƏYƏCAN: QİYAM GÖZLƏNİLİR
RAMİZ MEHDİYEVİN RAYONLARA TAPŞIRIQ VERDİYİ HAQDA XƏBƏR YAYILDI

DİA.AZ: - Hakimiyyət daxilində böyük təlaş və həyəcan var. Bu şok məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynağımız verib. Mötəbər mənbənin iddialarından belə aydın olur ki, son dönəmin əsas hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun adamlarına qarşı hücum planı gözləntisi əks-effektlərə nədən ola bilər.

Mənbənin söylədikləri: «Ramiz Mehdiyevin sadəliklə yola salınacağı heç əvvəlindən gözlənilmirdi. Elə buna görədir ki, az qala iki aydır bütün arsenalın hədəfinə çevrilən PA şefini yalnız yerindən silkələmək mümkün olub. Təbii ki, burada Mehdiyevi gücləndirən, güclü edən faktorları nəzərə almamaq qeyri-mümkündür və alınıb da».

Mənbəmiz bu arada maranqlı bir məlumatı da açıqladı: «Belə bir xəbər yayılıb ki, Ramiz Mehdiyev əyalətlərə - özünün etibar etdiyi icra başçılarına və rəhbər vəzifəli şəxslərə ismarıc yollayıb və onları hansısa prosesə hər an hazır olmağa səsləyib».

Amma mənbəmiz bir məqamı da vurğuladı ki, Ramiz Mehdiyevin hətta bu kimi çabaları belə ona hansısa əlverişli şəraiti yarada bilməz: «Bu bir faktdır ki, hardasa bu gün məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərov üçün 10 nəfər olsa da, özünü risq altına ata bilər. Amma Ramiz Mehdiyev belə bir statusda və mövqedə olmadığından onun naminə kimlərinsə risqli bir yola çıxacağı gözlənilən deyil».

Geri qayıt