Əsas Səhifə > Siyasət, Manşet > BÖYÜK HƏBS DALĞASI GƏLİR: KİMLƏR HƏDƏFDƏDİR?

BÖYÜK HƏBS DALĞASI GƏLİR: KİMLƏR HƏDƏFDƏDİR?


18-12-2012, 09:24
BÖYÜK HƏBS DALĞASI GƏLİR: KİMLƏR HƏDƏFDƏDİR?
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ MƏMUR OVU SEZONUNA START VERİLDİ

DİA.AZ: - Məlum olduğu kimi, artıq hakimiyyətiçi münasibətlər özünün ən gərgin fazalarına qədəm qoymaqdadır. Və verilən xəbərlərdən aydın olur ki, keçmiş deputat Gülər Əhmədovanın qolları qandallanıb. Bu isə artıq o deməkdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşının işi ilə bağlı həbslərə qərar verilib. Amma bu hamısı deyil.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Gülər Əhmədovaya qarşı əlavə olaraq cinayət işi açılıb: «Məlumdur ki, ilkin olaraq baş prokurorluq yalnız Elşad Abdullayevin qardaşının işi ilə bağlı cinayət işi açmışdı. Amma bu dəfə konkret olaraq «mandat bazarlığı» məsələsi hüquqi qiymətini alacaq».

Bunun əslində birbaşa olaraq Ramiz Mehdiyevə qarşı açılacaq cinayət işi olduğunu bildirən mənbəmiz çoxlarının bu məsələ ilə əlaqədar həbs olunacağını da söylədi.

Onu da bildirək ki, bu işlə əlaqədar həbslərin baş verəcəyini hələ xeyli əvvəldən məlumat vermişdik.

Geri qayıt