Əsas Səhifə > Ölkə, Manşet > İSGƏNDƏR XƏLİLOV BAKIDAKI VİLLASINI SATIŞA ÇIXARDI

İSGƏNDƏR XƏLİLOV BAKIDAKI VİLLASINI SATIŞA ÇIXARDI


17-12-2012, 14:54
İSGƏNDƏR XƏLİLOV BAKIDAKI VİLLASINI SATIŞA ÇIXARDI
KREML YANDAŞLI OLİQARXA QARŞI HÜCUM VAR

DİA.AZ: - «Oliqarxların təşkilatı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəallarından olan tanınmış iş adamı İsgəndər Xəlilovun Azərbaycandakı biznesinin təhlükə altında olduğu haqda məlumatlar hələ xeyli əvvəldən yayılsa da, bir müddət öncə şəxsən bu mövzuya toxunan tanınmış milyonçu deyilənlərin reallığı əks etdirmədiyini bildirmişdi. Və hətta əvvəlki qaydada rəsmi Bakı ilə münasibətlərinin olduğunu deyən İsgəndər Xəlilov RATİ-nin Azərbaycan hakimiyyətinə qarşı olmadığını da xüsusi olaraq vurğulamışdı.

DİA.AZ-a Rusiyadakı qaynaqlardan ötürülən xəbərdə bildirilir ki, İsgəndər Xəlilova qarşı əslində konkret təzyiqlər olmasa da, tanınmış iş adamı bu barədə müəyyən siqnallar alıb və könüllü surətdə Azərbaycandakı biznesini çıxarmaq qərarını verib.

Mənbəmizin sözlərinə görə, artıq bu yöndə müəyyən bazarlıqlara başlayan İsgəndər Xəlilov hətta Bakıdakı villasını da satışa çıxarıb: «Azərbaycanın tanınmış əmlak firmalarından birinə bu barədə sifariş verən İsgəndər Xəlilov eyni zamanda daha bir neçə obyektini də satışa çıxarıb».

Geri qayıt