Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİÇİ DÖYÜŞLƏRDƏ KİM QALİB GƏLƏCƏK?
HAKİMİYYƏTİÇİ DÖYÜŞLƏRDƏ KİM QALİB GƏLƏCƏK?17-12-2012, 11:41 |
ƏKS CİNAH RAMİZ MEHDİYEVİİ YOLA SALAN HƏLLEDİCİ ADDIMINI ATIR DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev davamlı şəkildə hədəfə aldığı qüvvələrin üzərinə hücum etməkdədir. Artıq neçə-neçə yeni faktlar açıqlanıb ki, bu da artıq bir neçə aydır davam edən məlum proseslərin hədəf miqyasının genişləndirilməsi ilə müşaiyət olunur. Belə ki, ilk əvvəl bütün istiqamətləri yalnız Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə kökləyən sabiq rektor, indi yeni hədəflər də nişan verir ki, bu da məsələnin əslində tamam fərqli mahiyyət daşıdığını ortaya qoymaqdadır. Yəni söhbət məlum proseslərin sonucu olaraq təkcə Ramiz Mehdiyevin gedişinə nail olmaqdan yox, həm də bəlli bir şəbəkənin darmadağın edilmə niyyətindən gedir. Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynaqların iddialarına görə, Elşad Abdullayevin günü gündən sərtləşən çıxışları və açıqladığı videoçəkilişlərin mahiyyətindəki gərgin tempin artan istiqamət üzrə inkişaf etdirilməsi 2013-cü il prezident seçkilərinə hakimiyyətin tamam yeni əhval-ruhiyyə ilə qatılmasıi niyyətini anons etməkdədir: «Diqqət yetirin, bu gün tərəflər bir-birilərinə qarşı əks hücumlarını açıq müstəvidə edirlər. Və elə bir təəssürat yaratmağa çalışırlar ki, guya onların heç birinin baş verənlərə aidiyyatı yoxdur. Amma bəllidir ki, kimlər Ramiz Mehdiyevi vurur və Ramiz Mehdiyev də kimlərə necə cavab verir. AXCP sədri Əli Kərimlinin adı ilə bağlı sui-qəsd planının da səbəbsiz yerə ortaya atılmadığı, Rüstəm İbrahəimbəyovun şəninə təşkil olunan tədbirdə prezidentin etdiyi səmimi çıxışın indiki məqamda boşundan dövriyyəyə buraxılmadığı hər kəsə aydındır». Mənbəmiz bildirir ki, bir-birilərinə döyüşən tərəflərin bundan sonra əlavə şantaj xarakterli faktları ortaya qoyacaqları şübhəsizdir: «Məsələn, bu günlərdə Ramiz Mehdiyevə yaxın məmurlardan birini ifşa edən çox ciddi fakt mətbuata ötürüləcək. Bəlkə də bununla hər şeyə nöqtə qoyulacaq». Mənbəmiz bildirir ki, qarşı tərəfin əks-hücumlarına fürsət verə bilməməsi üçün Ramiz Mehdiyevə qarşı cəbhə açan qüvvələr proseslərin yekununa tələsirlər: «Ola bilsin ki, bir ayın içində bütün məsələlər başa çatsın»… Geri qayıt |