Əsas Səhifə > Gündəm, Manşet > SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ

SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ


17-12-2012, 09:06
SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ
BU BİABIRÇI MƏNZƏRƏNİ YARADANLAR ÖZLƏRİNİ ARXAYIN HİSS EDİRLƏR

DİA.AZ: - Son zamanlar Sumqayıtda əxlaqsızlıq yuvası olan pritonların və qanunsuz qumarxanaların sayı göbələk kimi artmaqdadır. Bununla bağlı DİA.AZ-a çox ilginc faktlar ötürülüb.

Sumqayıtdakı qaynağın iddia etdiklərinə görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində və 13-cü mikrorayondakı “Beşiktaş”klubunun ikinci mərtəbəsində, ”Nizami” parkında və şəhərin bir çox yerlərində bütün sutka boyu qanunsuz qumarxanalar fəaliyyət göstərir.

Mənbənin söylədikləri: “Əsasən məxfi , adsız fəaliyyət göstərən və ya idman proqnozu, kompyuter oyunları, hansısa futbol klubu adı altı altında pərdələnən qumarxanaların bir çoxunda həmçinin eloktron və digər qumar növləri də oynalınır. Qumqarxanaların bəzilərinin qapısının üzərinə “Uduzulan pullar geri qaytarılmır” -Müdiriyyət “ kimi maraqlı elana da rast gəlmək olar”.

Daha sonar mənbəmiz daha ilginc faktları da açıqlayır: “Bundan başqa şəhərdə kafe adı ilə fəaliyyət göstərən, ancaq əsas təyinatı əxlaqsızlıq yuvası olan və əsasən şəhərin girəcəyində, ətrafında yerləşən pritonların sayı da yetərincədir. ”Xan bağı” kimi tanınan kafe, ”Səhər”, ”Aftoş ”kafesi, Sumqayıt –Hacı Zeynalabdin Tağiyev qəsəbəsi yolunda STP-nin (Sumqayit Texnologiyalar Parkı) inzibati binasının düz qabağında olan və əhali arasında elə ”STP” kimi tanınan obyektlər də bu qəbildəndir. Bu qəbildən olan fahişəxanlarda 20-30 yaxın, əsasən cavan qızlar saatlıq və bir sutkalıq intim xidmət göstərir. Belə xidmətin qiyməti göstərilən xidmətə və qızın zahiri görünüşünə uyğun olaraq 20 manatdan 100 manatacan dəyişir”.

Daha sonar mənbəmiz bildirir ki, bu obyektlərin yerli hüquq-mühafiəz orqanlarının gözləri qarşısında çox rahatcasına fəaliyyət göstərə bilmələri də yerli sakinlərdə həm narahatçılıq yaradır, həm də şübhə: “Hər halda sıradan bir vətəndaşın belə bir “təhlükəli oyunlara” baş vurması imkansızdır”.

Qeyd edək ki, bu yaxınlarda kadr dəyişikliyi nəticəsində Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun keçmiş rəisi Sahib Mirzəyevlə əvəzlənib. Deməli, sumqayıtlılar yeni rəisin nə zaman həmin obyektlərə göz yetirəcəyinə ümid etməlidirlər.

Geri qayıt