Əsas Səhifə > Güney Press / Manşet > ETİRAZ: GORANBOYDA YEZİD PEYDA OLUB

ETİRAZ: GORANBOYDA YEZİD PEYDA OLUB


14-12-2012, 15:43
ETİRAZ: GORANBOYDA YEZİD PEYDA OLUB
DİA.AZ: - Cümə günü BMM-də Goranboy rayonunun bir qrup sakini rayondakı haqsızlıqlarla bağlı mətbuat konfransı keçirib.

DİA.AZ bildirir ki, “Çənlibel” fermer təsərrüfatının rəhbəri Afiq İsgəndərli, eləcə də digər sakinlər rayon Suvarma Sistemləri İdarəsinin və qurumun rəisi Gündüz Bağırovun fəaliyyətindən ciddi narazılıq ediblər. Belə ki, bu şəxslər nə öz pay torpaqlarını, nə də fermer təsərrüfatına aid torpaqları suvara bilmirlər. Onlar rayondakı məmurların öz torpaqlarını suvardıqları halda sadə sakinlərə bu imkanı yaratmadıqlarını bildirirlər. Artezian quyuları ancaq məmurlara aid torpaqların daxilinə salınıb.

Sakinlər qeyd ediblər ki, məsələ ilə bağlı rayon icra başçısının qəbuluna düşə bilməyiblər və ümumiyyətlə icra başçısı sakinləri qəbul etmir. Təsadüfən yolda və ya hansısa bir yerdə gördükdə isə problemlərini desələr də icra başçısı onların həlli ilə məşğul olmur. Goranboyda Su İdarəsi İcra Hakimiyyətindən yox, İcra Hakimiyyəti bu qurundan asılı haldadır. Aidiyyatı qurumlara, Su və Meliorasiya Cəmiyyətinə müraciət etsələr də hələ ki, müsbət dəyişklik yoxdur. Hətta rayonun 50-60 nəfər sakininin imzası ilə göndərilən müraciətlərə də cavab verilməyib.

Çox zaman sakinlərə suyun verilməsi rayona ayrılan elektik enerjisi limitinin olmaması ilə izah edilir. “Necə olur ki, məmurların torpaqlarını suvarmağa limit çatır, yalnız sadə sakinlərə çatanda limit qurtarır?”, - Qarabağ müharibəsi əlili, rayon sakini Aslan Bəşirov bildirib. 1ha torpaq sahəsinin suvarılmasının 50 manata başa gəldiyini deyən A.Bəşirov qeyd edib ki, bu bahalıq üzündən suvarma işi apara bilmirlər.

Sakinlər bu mətbuat konfransını keçirməklə məsələni ictimailəşdirərək problemin həllinə nail olmaq istədiklərini vurğulayıblar.

Geri qayıt