Əsas Səhifə > Cəmiyyət > İCRA BAŞÇISINDAN BÖYÜK SOYĞUNÇULUQ

İCRA BAŞÇISINDAN BÖYÜK SOYĞUNÇULUQ


14-12-2012, 11:50
İCRA BAŞÇISINDAN BÖYÜK SOYĞUNÇULUQ
VİLYAM HACIYEVİN KÜLLİ MİQDARDA BORCU VAR

İmişlinin yeni icra başçısı rayonda abadlıq işlərinin aparılması adı altında həm qaz vurub qazan doldurur, həm də imişli sakinlərinə qan uddurur. İcra başçısının «darvaza» biznesi yei söhbət olmasa da, bu məsələ artıq böyüyür və artıq əndazədən çıxır.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, İmişli rayon İcra Hakimiyyyətinin başçısı Vilyam Hacıyev rayondakı «darvaza» biznesini bir xeyli genişləndirib. Belə ki, İcra başçısı əvvəl ancaq rayonun mərkəzinin mərkəzi küçəsində darvazaların dəyişməsini əmr etmişdisə, indu bütün rayon mərkəzindəki evlərin darvazalarının dəyişdirilməsini əmr edib. Hal-hazırda icra başçısının nümayəndələri şıdırığı şəkildə «darvaza» alveriilə məşğul olurlar. Hər kəs üçün darvazaların dəyişdirilməsi məcburidir və heç kim Vilyam Hacıyevdən darvaza almaqdan imtina edə bilməz.

Məlumatda qeyd olunur ki, öz vəzifə səlahiyyətlərindən istifadə edən Vilyam Hacıyev tək əhalini deyil, həmçinin dövlət müəssisələrini və özəl sektoru, eləcə də sahibkarları çapıb-talayırlar. Bildirilir ki, rayonun mərkəzi küçələrinin ətrafı hasara alınıb və hasarlama prosesi bu gün də davam edir. Belə ki, icra başçısı rayonun yeni abadlıq planına əsasən yol kənaraında yaşayan sakinlərin də hasarlarını sökdürüb yeni qaydada təmir edir. Həmin evlərin həyət darvazaları isə "plana uyğun gəlmədiyi üçün" yığışdırılır və həmin darvazaların yerinə icra başçısının gətirdiyi yeni darvazalar qoyulur.

Məlumatda bildirilir ki, rayona gətirilən həmin hündür darvazalar dövlət pulu ilə alınır və Vilyam Hacıyev hər bir darvazanı öz qiymətindən iki qat artıq qiymətə sənədləşdirərək dövlət vəsaitini mənimsəyir. Lakin bu hələ hamısı deyil. Həmin darvazaları İcra başçısı İmişli sakinlərinə 1000 manata satır. Yəni icra başçısı bir güllə ilə iki dovşan vurur. İcra hakimiyyətinin memarlıq şöbəsinin işçiləri və işi görən podratçı şirkət həmin darvazaların pulunu zorla əhalidən alır. İmkanları olmayanlardan isə pulu hissə -hissə alırlar. Lakin bütün hallarda Vilyam Hacıyev heç kəsə 3 aydan artıq vaxt tanımır.

Pulu ödəməyənlərə isə müxtəlif yollarla təzyiqlər göstərirlər. Tutaq ki, dövlət müəsissələrində çalışanları işdən çıxarmaqla hədələyir, özəl sektorda çalışanları isə vergi və digər orqanlarla qorxuzurlar. İnsanlar böyük problemlər yaşamaq üçün həmin pulu verməyə zorla razılıq verirlər.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Vilyam Hacıyevin İmişlidə abadlıq işləri aparan şirkətlərin pulunu ödəməməsi ilə bağlı yazılar dərğ olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, İmişlidə abadlıq və quruculuq işləri ilə məşğul olan şirkətlər bu iş müqabilində rayon icra hakimiyyətindən 12 milyon manat almalı olsalar da, bu vəsait onlara ödənilmir.

Məlumatı dəqiqləşdirmək üçün İmişi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqyini dərc etməyə hazırıq…

Geri qayıt