Əsas Səhifə > Cəmiyyət > EYNULLA FƏTULLAYEVİN SÖZÜ AĞZINDA QALIB

EYNULLA FƏTULLAYEVİN SÖZÜ AĞZINDA QALIB


15-11-2011, 11:58
EYNULLA FƏTULLAYEVİN SÖZÜ AĞZINDA QALIB

AŞPA-NIN İNSAN HAQLARI KOMİTƏSİNİN İCLASI TƏXİRƏ SALINDI

Bazar ertəsi axşamdan keçmiş məlum olub ki, noyabrın 16-da Parisdə təyin edilmiş AŞPA Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin iclası təxirə salınıb.

İclasa dəvət almış keçmiş siyasi məhbus Eynulla Fətullayev Turan-a məlumat verib ki, iclasın təşkilatçıları ona zəng edərək üzrxahlıq ediblər və bildiriblər ki, iclas baş tutmayacaq. İclasın təxirə salınmasının səbəbləri açıqlanmır.

Xatırladaq ki, gündəliyin bəndlərindən biri Azərbaycanda siyasi məhbuslar məsələsi idi. İclasda AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin yarım saatlıq çıxışı planlaşdırılmışdı. Qeyd edək ki, iki ildir ki, Azərbaycan hakimiyyəti onu ölkəyə buraxmır.

E.Fətullayev isə 10 dəqiqəlik məruzə ilə çıxış etməli idi.

Bundan əvvəl Almaniya Bundestaqında AŞPA nümayəndəsi və almaniyalı deputatı AŞ üzvü olan ölkəyə buraxmadığına görə Azərbaycan hakimiyyəti tənqid olunub.

Azərbaycan hüquq müdafiəçilərinin hesabatlarına əsasən hazırda ölkədə 50-70-dək siyasi məhbus var. Hakimiyyət isə bunu inkar edərək onların cinayətkar olduqlarını bildirir.


Geri qayıt