Əsas Səhifə > Hadisə > BAKIDA YENƏ DƏ POLİSLƏRİ BIÇAQLAYIBLAR

BAKIDA YENƏ DƏ POLİSLƏRİ BIÇAQLAYIBLAR


13-12-2012, 10:39
BAKIDA YENƏ DƏ POLİSLƏRİ BIÇAQLAYIBLAR
DİA.AZ: - Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində Xəzər rayon polis idarəsinin 3 əməkdaşı bıçaqlanıb.

DİA.AZ ANS tekanalına istinadən xəbər verir ki, hadisə zamanı polislər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 33 yaşlı Ramin Eynalovu yaxalamaq istəyirmişlər. Amma qəfildən Raminin polislərin üstünə bıçaq çəkməsi vəziyyəti bir qədər çətinləşdirib. 3 polis əməkdaşına bıçaq xəsarəti yetirəndən sonra isə Ramin əlində olan bıçaqla özünə də bir neçə zərbə vurub.

Hadisədən sonra yaralı polislər və cinayəti törədən Ramin Eynalov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Polislərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Cinayəti törədən Ramin Eynalovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi və Prokurorluğunda araşdırma başlanılıb. Qanlı hadisənin təfərrüatları isə istintaqın sonunda bəlli olacaq.

Məlumata görə, Ramin Xaçmaz şəhərində ağır cinayət törətdiyi üçün axtarışda olub. Bu vaxt ərzində isə, o, qohumlarının yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evində yaşayaraq istintaqdan yayına bilib. Hadisə zamanı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları məhz həmin evdə gizlənən Ramini tutmaq üçün əməliyyat geçirirmiş.

Geri qayıt