Əsas Səhifə > Cəmiyyət > YENİ İL ƏRƏFƏSİNDƏ KİMLƏR ƏFV OLUNACAQ?

YENİ İL ƏRƏFƏSİNDƏ KİMLƏR ƏFV OLUNACAQ?


12-12-2012, 15:18
YENİ İL ƏRƏFƏSİNDƏ KİMLƏR ƏFV OLUNACAQ?
SİYASİ VƏ VİCDAN MƏHBUSLARININ ADI ÇƏKİLİR

“Adətə görə demək olar ki, çox zamanlar hər yeni il öncəsi amnistiya aktı verilir. Bu proses həm keçmiş prezident Heydər Əliyev, həm də ki, hazırkı prezident İlham Əliyevin dövründə müşahidə edilib. Çox güman ki, bu dəfə də əfv fərmanı veriləcək”.

Bu sözləri FaktXeber.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı “Dünya Azərbaycanlıların Həmrəylik Günündə əfv fərman gözlənilirmi” sualını cavablandırarkən söyləyib. Müsahib onu da bildirdi ki, siyahılarında olan vicdan və siyasi məhbusların azadlığa buraxılması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar: “Bizim siyahıda olan şəxslərin, Nigar Yaqublunun və eyni halda, xəstəliyinə görə əziyyət çəkən Hilal Məmmədovun azadlığa buraxılması ilə əlaqədar ölkə başçısına müraciət etmişik. Arzu edərdik ki, adı çəkilən şəxslərin hamısı yaxın zamanlarda azadlığa buraxılsın. Hər şey müraciətə veriləcək cavabdan asılı olacaq.”

Geri qayıt