Əsas Səhifə > Siyasət, Manşet > BELORUS PREZİDENT ERMƏNİLƏRİ RƏSMƏN ƏLƏ SALDI
BELORUS PREZİDENT ERMƏNİLƏRİ RƏSMƏN ƏLƏ SALDI12-12-2012, 11:36 |
LUKAŞENKO: «ERMƏNİLƏR DÜZ EDİR BİZDƏN İNCİYİR, BU ONLARIN HAQQIDIR» DİA.AZ: - Belorusiyanın Azərbaycana silah satması düşmən Ermənistanda böyük qıcığa və narahatçılığa səbəb olub. Hətta iş o həddə çatıb ki, rəsmi İrəvan bununla bağlı Minskdən hesabat da tələb edib. DİA.AZ bildirir ki, amma məsələyə belorus prezident Aleksandr Lukaşenoknun reaksiyası çox maraqlı olub. Bildirək ki, nədənsə ermənilər Lukaşenkonun bu açıqlamasını bəh-bəhlə təqdim edirlər və hətta belorus prezidentin ermənilərdən üzrxahlığı kimi də yozmağa meyl edirlər. Amma aşkar surətdə görünəni odur ki, rəsmi Minskin rəhbəri ermənilərlə rəsmən məzələnib. Aleksandr Lukaşenkonun həmin açıqlamasını olduğu kimi diqqətinizə çatdırırıq: «Ermənilər düz edirlər bizdən inciyirlər, biz axı onlarla MDB çərçivəsində hərbi ittifaqda bir yerdəyik. Və biz Azərbaycana silah satanda onlar haqlı olaraq bizdən inciyirlər. Və həqiqətən də bu işdə bizim üçün həllini gözləyən sual var və biz bu suala cavab tapmalıyıq. Amma biz Azərbaycana silahı ona görə satmırıq ki, Azərbaycan həmin silahı Ermənistana qarşı istifadə etsin. Azərbaycanda çoxlu elə yerlər var ki, həmin silahları oralarda istifadə edə bilər. Amma istənilən halda ermənilər haqlı olaraq bizdən inciyirlər. Lakin bir məsələ də var ki, əgər biz Azərbaycana tank satmasaq, o zaman bizim əvəzimizdən ya Ukrayna, ya da Rusiya Azərbaycana tank satacaq». Hə, hörmətli oxucular. Bu münasibətin adını siz qoyun: Ermənilərdən üzrxahlıq, yoxsa rəsmən məzələnmə… Geri qayıt |