Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVDAN ANTİXALQ PLANI

ZİYA MƏMMƏDOVDAN ANTİXALQ PLANI


15-11-2011, 10:44
ZİYA MƏMMƏDOVDAN ANTİXALQ PLANI

NN-NİN YENİ BAHALAŞMA TƏKLİFLƏRİ BİRBAŞA OLARAQ XALQI HƏDƏFƏ ALIB

DİA.AZ: - Neçə müddətdir ki, nəqliyyat nazirliyi şəhəriçi nəqliyyatda gediş haqqını qaldırma təşəbbüslərində bulunsa da, hökumət bu məsələyə sıcaq yanaşmırdı. Lakin deyəsən, artıq Ziya Məmmədov istəyinə nail olmaq üzərədir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, gələn ilin yanvar ayının 1-dən etibarən nəqliyyat sistemində total bahalaşma siyasəti həyata keçiriləcək.

Hətta vəziyətin sosial rifah halı onsuz da bərbad olan əhali üçün ciddi fəsadlara nədən olacağı ehtimalları da yüksəkdir. Çnüki söhbət gedişhaqqı qiymətinin az qala iki dəfə qaldırılmasından, eyni zamanda bütün yanacaq növlərinin qiymətlərinin 30 faiz bahalaşmasından gedir.

Hökumət içindəki qaynaqlardan sızan informasiyaya görə, artıq NN tərəfindən Tarif Şurasına, Milli Məclisə və Prezident administrasiyasına bir neçə müvafiq sənəd ünvanlanıb: «Tarif Şurasına göndərilən təkliflərdə şəhəriçi avtobuslarda hazırda 20 qəpiyə göstərilən xidmətin 50 qəpik olması təklif edilir. Metroda gedişhaqqı isə 40qəpik olacaq».

Mənbə bildirir ki, Ziya Məmmədov taksi sürücülərini də unutmayıb. Belə ki, bu ilin əvvəlindən etibarən ölkəyə Çin istehsalı olan 1000 ədəd taksi gətirən və daha 2000 ədəd taksinin gətirilməsini plaqnlaşdıran nəqliyyat nazirliyinin istəyinə uyğun olaraq gələn ilin yanvar ayının 1-dən etibarən köhnə sovet istehsalı olan maşın markalarının taksi kimi fəaliyyətinin qanunla əngəllənməsi nəzərdə tutulub: «Bu məqsədlə Milli Məclisə müvafiq hüquqi bazanın yaradılması üçün müraciət də göndərilib. Və nəzərdə tutulur ki, qanunsuz taksi xidmətinin müqabilində birinci dəfə 1000 manat, daha sonra isə 3000 manat cərimə tətbiq edilsin. Bu yolla Ziya Məmmədov tam olaraq taksi biznesini ələ keçirməyi qəsd edir».

Mənbəmizin sözlərinə görə, yanacağın bütün növlərinin qiymətinin də 30 faiz bahalaşmasını nəzərdə tutulan plan əslində Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına qarşı növbəti təzyiqi kimi qəbul edilməlidir. Hər halda, heç bir neft ölkəsində Azərbaycan qədərində bahaçılıq mövcud deyil. Biz bu qiymətlərlə dünyada ən bahalı benzin satan qardaş Türkiyəni belə geridə qoya biləcəyik.

Geri qayıt