Əsas Səhifə > Cəmiyyət > MEHDİ ŞAMİLİ İFADƏ VERMƏKDƏN İMTİNA ETDİ

MEHDİ ŞAMİLİ İFADƏ VERMƏKDƏN İMTİNA ETDİ


11-12-2012, 12:53
MEHDİ ŞAMİLİ İFADƏ VERMƏKDƏN İMTİNA ETDİ
MÜTTƏHİM İTTİHAMLARA ETİRAZ EDİR

Sabunçu Rayon Məhkəməsində dini fəal Mehdi Şamillinin məhkəməsi başlayıb. Prosesə hakim Anar Qasımov sədrlik edir.

Vəkil Cavad Cavadovun “Media forum”a verdiyi məlumata görə, dekabrın 10-da keçirilən hazırlıq iclasında danışan Mehdi Şamilli həbsinin siyasi xarakter daşıdığını və günahsız olduğunu, həyatında heç siqarət belə çəkmədiyini bildirib, ona qarşı qaldırılmış ittihamlara etiraz əlaməti olaraq ifadə verməkdən imina edib.

Mehdi Şamillinin müdafiəsinə vəkil Anar Qasımlı da qoşulub.

Proses dekabrın 12-də davam edəcək.

Mehdi Şamilli avqustun 6-da Bakının Zabrat qəsəbəsindəki evində tutulub və onun barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 6-da Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillinin həbsini 2 ay müddətinə uzadıb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Geri qayıt