Əsas Səhifə > Cəmiyyət > ƏSGƏR ƏSGƏRİ GÜLLƏLƏDİ

ƏSGƏR ƏSGƏRİ GÜLLƏLƏDİ


14-11-2011, 17:21
ƏSGƏR ƏSGƏRİ GÜLLƏLƏDİ

ƏSGƏRİMİZ ALDIĞI GÜLLƏ XƏSARƏTİ İLƏ HOSPİTALA YERLƏŞDİRİLİB

Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri Xəyal Qələmdar oğlu Kərimov postu dəyişən zaman silahı doldurandan sonra ehtiyatsızlıqdan əlində silah açılıb. Nəticədə avtomatdan açılan güllə onun hərbçi yoldaşı, əsgər Həbib Bayram oğlu Şahbazova dəyib. H. Şahbazov aldığı güllə xəsarəti ilə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya aşıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə zamanı yaralanan H. Şahbazov Yardımlı, X. Kərimov isə Ağdam Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.


Geri qayıt