Əsas Səhifə > Hadisə > BAKIDA GECƏ BARINDA QADINI SOYDULAR
BAKIDA GECƏ BARINDA QADINI SOYDULAR11-12-2012, 10:50 |
ONUN TELEFONUNU APARIBLAR Bakının Səbail rayonunda yerləşən gecə barında cinayət törədilib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, hadisə Əlizadə 58 ünvanında yerləşən “Kakadu” barında baş verib. Vüsalə Mürsəlova Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edərək bildirib ki, telefonunu barda stulun üstündən tanımadığı oğlan götürüb. Telefonu geri tələb etdikdə isə həmin şəxs qaçaraq aradan çıxıb. O, qışqıraraq oğlanın arxasınca qaçsa da, çata bilməyib. Qadının şikayəti əsasında keçirilən əməliyyat tədbiri nəticəsində telefonu oğurlayan 23 yaşlı Xəqani Əsədov tutulub. Faktla bağlı cinayət işi başlanıb. Geri qayıt |