Əsas Səhifə > Sosial, Manşet > QUBADA YENİ ÜSYAN DALĞASI GÖZLƏNİLİRMİ?

QUBADA YENİ ÜSYAN DALĞASI GÖZLƏNİLİRMİ?


11-12-2012, 10:02
QUBADA YENİ ÜSYAN DALĞASI GÖZLƏNİLİRMİ?
İCRA HAKİMİYYƏTİ PROBLEMLƏRİN YOX, NARAZILARIN ÜZƏRİNƏ GEDİR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, hələ də sosial durumları acınacaqlı şəkildə olan qubalılar 1 Mart olaylarının ardından baş verən dəyişikliklərin onların gündəlik həyatında hansısa müsbət hadisəyə çevrilməməsindən giley-güzar edirlər. Eyni qaydada əziyyət çəkdiklərini bildirən narazı Quba sakinləri hətta yenidən etiraz aksiyalarına əl ata biləcəklərini də vurğulamışdılar.

Onu da bildirək ki, bu xəbərimizin ardından baş verənlərə izahat vermək əvəzinə Quba rayonunun rəhbərliyi yazdıqlarımızı başqa-başqa ünvanlarda təkzib etdirməklə işlərini bitmiş hesab ediblər. Belə ki, Qubada hər hansı etiraz aksiyasının planlaşdırılmadığını iddia edən həmin materiallarda əslində yeganə maraqlı tərəfin Quba rayonunun rəhbərliyi olduğu şübhəsizdir.

Bununla bağlı DİA.AZ-a məlumat verən rayon sakinlərindən birinin sözlərinə görə, həmin xəbər yayılandan sonra yerli icra hakimiyyəti araşdırmalar aparıb və bütün narazı vətəndaşları sorğu-suala tutub: «Hətta etirazçı vətəndaşları polislə də təhdid ediblər. Və onlara bildiriblər ki, 1 Mart hadisələrinin təşkilatçıları hələ də türmədə əziyyət çəirlər, indi kim istəyir ki, onların aqibətini paylaşsın?»

Bütün bu hədələrə rəğmən yaxın günlərdə bütün ölkə ictimaiyyətinə öz etiraz bəyanatlarını yayacağını bildirən rayon sakini onu da əlavə etdi ki, onlar hansısa icra başçısının yox, sosial durumlarının dəyişməsini tələb edirlər: «Bizim heç Rauf Həbibovla da ədavaətimiz yox idi. Sadəcə olaraq, o, rayon camaatını təhqir etdi. İndi biz Mübariz Ağayevə də qarşı deyilik. Amma istədiyimiz iş yerlərinin açılmasıdır. Rayonda sahibkarlara hücumların durdurulmasıdır. Qoyulan aylıq haqqların azaldılmasıdır».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt