Əsas Səhifə > Hadisə > POLİS O SÜRÜCÜNÜ AXTARIR

POLİS O SÜRÜCÜNÜ AXTARIR


10-12-2012, 10:08
POLİS O SÜRÜCÜNÜ AXTARIR
ANA VƏ QIZNI VURUB QAÇDI

Bakının Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı piyadalar, Binəqədi rayon sakinləri, 1967-ci il təvəllüdlü Rübabə Rzayevava və onun qızı, 19 yaşlı Gülgəz Yusifova naməlum avtomaşınla vurulublar. Onları vuran avtomaşının sürücüsü hadisə yerində qaçıb.

Qəzadan sonra hər iki yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Yaralı Rübabə Rzayeva əməliyyat edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

Gülgəz Yusifovanın xəsarətləri yüngül olduğundan ona ambulator müalicə təyin olunub.

Yol nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır. Polis hadisə yerindən qaçan sürücünü axtarır.

Geri qayıt