Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV KİMLƏR TƏRƏFİNDƏN İSTİFADƏ OLUNUR?
ELŞAD ABDULLAYEV KİMLƏR TƏRƏFİNDƏN İSTİFADƏ OLUNUR?10-12-2012, 09:41 |
RAMİZ MEHDİYEVİN İŞARƏ ETDİYİ QÜVVƏLƏR RADİKAL ADDIMLARA GEDİR DİA.AZ: - Keçən həftə susqunluğunu yenidən pozan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu birbaşa hədəfə götürən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə qarşılıqlı ittihamlar da səsləndirdi. Lakin bu ittihamlar arasında daha çox diqqətçəkəni PA şefinin «Elşad Abdullayev bir alətdir» ifadəsini işlətməsi oldu. Yəni buradan belə bir nəticə çıxır ki, Ramiz Mehdiyev Elşad Abdullayevin kimlərsə tərəfindən istifadə olunduğu və bu hücumların arxasında konkret maraqlı qüvvələrin dayandığı qənaətindədir. Onu da bildirək ki, əslində PA şefi nəsə bir yenilik etməyib və uzun müddətdir ki, məlum qənaət mətbuat səhifələrində yetərincə çək-çevir edilməkdədir. Kimdir həmin qüvvələr? Hər halda, bu gün Ramiz Mehdiyevin zərərsizləşdirilməsi yönündə atılan addımları və bu prosesə verilən reaksiyaları analiz etməklə də bunu aydın şəkildə görmək mümkündür. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə bildirir ki, əslində Ramiz Mehdiyevin «vurulması» prosesində bir neçə maraqlı istiqamət ola bilər: «Amma burada əsas olanı cəsarət məsələsidir. Dünənə qədər mətbuatda «boz kardinal» kimi təqdim olunan, barəsində «ölkənin səlahiyyətlisindən də sələhiyyətlisi» kimi bir tərif yağdırılan Ramiz Mehdiyev elə də sadə fiqur deyildi ki, ona qarşı istənilən bir iqtidariçi qüvvə «cihad» edə bilsin». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Ramiz Mehdiyev artıq gedişinə razılıq verib. Sadəcə olaraq, bu istiqamətdə atılan addımların onun şəxsi nüfuzuna toxunmaması məsələsi bu gün PA şefini daha çox ilgiləndirdiyindən, artıq durdurulması mümkünsüz olan məlum prosesin daha da ağrısız şəkildə yola verilməsinə çalışır». Mənbəmizin sözlərinə görə, lakin bunun baş tutmayacağı bəri başdan aydındır: «Çünki Ramiz Mehdiyev kifayət qədər şaxələnmiş bir şəbəkəyə sahibdir. Və bu şəbəkənin hansısa yeni qüvvə tərəfindən özününküləşdirilərək, idarə olunması qeyri-mümkündür. Yəni şəbəkənin tamamından imtina olunmalıdır. Vaxt isə az olduğundan, prosesin radikal ruhda inkişafı daha çox gözlənilir. Bu isə hətta həbsləri belə istisna etmir». Onu da xatırladaq ki, artıq bir sıra ünvanlardan Ramiz Mehdiyevin adamlarına qarşı təzyiqlərin start götürməsi bardə xəbərlər yayılmaqdadır… Geri qayıt |